İsti havalarda soyuq duş QƏBUL ETMƏYİN
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
İsti havada soyuq duş almaq dəridə müvəqqəti sərinlik hissi yaratsa da, bədənin daxili temperaturunu aşağı salmır.
News24.az bildirir ki, bu barədə Lancaster Universitetinin anatomiya professoru Adam Teylor "Daily Mail"ə danışıb.
Alim izah edib ki, soyuq su dərialtı qan damarlarını daraldır, bu da istiliyin bədəndə qalmasına səbəb olur. Bu, xüsusilə bədən artıq istilikdən qurtulmalı olduğu hallarda arzuolunmazdır.
Professor əlavə edib ki, 15 °C-dən aşağı suda soyuq duşlar bəzi insanlarda soyuq şoka və qan təzyiqində sıçrayışa səbəb ola bilər. Bu, ürək-damar xəstəliyi olanlar üçün təhlükəlidir.
Teylor qeyd edib ki, soyuq duşlar ümumiyyətlə təhlükəsiz olsa da, bədəni sərinlətmək üçün ən effektiv üsul deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 26 İyun 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















