Icma.az
close
up
RU
İsti yeməklər qışda orqanizmi istilətsə də,... EKSPERT ŞƏRH ETDİ

İsti yeməklər qışda orqanizmi istilətsə də,... EKSPERT ŞƏRH ETDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Havalar soyuduqca insanların həm fiziki, həm də psixoloji olaraq daha kalorili və doyurucu yeməklərə meyli artır. Bu, tamamilə təbii bir haldır. Çünki aşağı temperaturda orqanizm bədən istiliyini saxlamaq üçün daha çox enerji sərf edir, nəticədə bədəndə enerji ehtiyatlarını doldurmaq ehtiyacı yaranır. Məhz bu səbəbdən qış aylarında xaş, xəngəl, piti, sulu yeməklər və digər ənənəvi isti qidalar süfrələrdə daha çox görünür". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bu yeməkləri hər yerdə və istənilən şəraitdə yemək sağlamlıq baxımından düzgün deyil. Bir çox hallarda insanlar bu yeməkləri küçə məkanlarında, iaşə obyektlərində və ya müvəqqəti çadırlarda qəbul edirlər. Halbuki bu kimi məkanlarda gigiyena tələblərinə tam riayət olunmaması qida zəhərlənməsi, mədə-bağırsaq infeksiyaları və digər ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər: "Xaş, xəngəl və oxşar yeməklər adətən uzun müddət bişmə prosesi tələb edir. Xaş, məsələn, sümüklü ət və içalatdan hazırlandığı üçün, onun gigiyenik qaydada bişirilməsi, saxlanılması və servis olunması çox vacibdir. Əgər bu yeməklər bişirildikdən sonra düzgün temperaturda saxlanmazsa, bakteriyalar - xüsusilə Salmonella və E. coli kimi mikroorqanizmlər - sürətlə çoxala bilər. Bu isə zəhərlənmə, qarın ağrısı, ishal və yüksək temperaturla müşahidə olunan qastrointestinal pozğunluqlara səbəb ola bilər. Digər tərəfdən, bu yeməklərin tərkibi baxımından da diqqətli olmaq lazımdır. Xaş və xəngəl kimi qidalar yüksək miqdarda yağ, xolesterin və duz ehtiva edir. Onların tez-tez və çox miqdarda qəbulu xüsusilə ürək-damar sistemi, yüksək təzyiq və xolesterin problemi olan insanlar üçün zərərli ola bilər. Bundan əlavə, bu yeməklərin yanında çox vaxt ağ çörək, içlikli lavaş və qazlı içkilər də qəbul olunur ki, bu da həzm sisteminə əlavə yük yaradır.

Ekspertlər bu yeməkləri tamamilə qadağan etməyi deyil, ölçülü şəkildə və düzgün şəraitdə qəbul etməyi məsləhət görürlər. Məsələn, xaş kimi ağır yeməklər səhər və ya günorta saatlarında yeyilərsə, orqanizm onu həzm etməyə daha çox vaxt tapır. Axşam və gec saatlarda belə yeməklərdən uzaq durmaq məqsədəuyğundur. Əgər bu yeməkləri restoran və ya ictimai iaşə müəssisəsində yemək qərarına gəlinirsə, həmin məkanın təmizlik səviyyəsinə, məhsulların haradan alındığına, saxlanma və bişirilmə şəraitinə diqqət yetirilməlidir. Çünki isti yeməklər qışda orqanizmi istilətsə də, gigiyena tələblərinə əməl olunmadıqda, insanın sağlamlığı üçün real təhlükə yarada bilər. Xaş, xəngəl və digər ənənəvi qış yeməkləri düzgün şəraitdə hazırlandıqda və normada qəbul olunduqda həm bədən üçün enerji mənbəyi, həm də milli mətbəximizin zənginliyini əks etdirən dəyərli yeməklərdir. Lakin bu yeməklərin keyfiyyətsiz şəraitdə yeyilməsi, gigiyenik normalara əməl edilməməsi və həddindən artıq istehlakı sağlamlıq üçün ciddi risk yaradır. Bu səbəbdən, “dadına baxmaq” istəyi ilə “sağlam qalmaq” arasındakı tarazlığı qorumaq hər bir insanın şəxsi məsuliyyətidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Noyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see153

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Silahlı hücuma məruz qalan türkiyəli futbolçu ÖLDÜ

20 Dekabr 2025 19:54see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri