Icma.az
close
up
RU
Tərəflər arasında qarşılıqlı ittihamlar hələ də davam etməkdədir EKSPERT ŞƏRH ETDİ

Tərəflər arasında qarşılıqlı ittihamlar hələ də davam etməkdədir EKSPERT ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Son dövrlərdə beynəlxalq gündəmi məşğul edən əsas məsələlərdən biri də Rusiya və Ukrayna prezidentləri arasında görüşün nə zaman və hansı şərtlər altında baş tuta biləcəyi ilə bağlıdır. Lakin bu günə qədər Vladimir Putinlə, Volodimir Zelenski arasında birbaşa görüş baş tutmayıb və bunun bir neçə əsas səbəbi var". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, əvvəla, qeyd edilməlidir ki, bu görüşün baş tutmamasının birinci və ən əsas səbəbi Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Zelenski ilə eyni masa arxasında əyləşmək istəməməsidir: "Bu, məsələnin siyasi və psixoloji tərəfidir. Rusiya tərəfi Zelenskini legitim tərəfdaş kimi qəbul etmədiyini dəfələrlə bəyan edib. Bu səbəbdən də birbaşa dialoqun baş tutması real görünmür. Digər tərəfdən, 2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi dövründə Rusiya öz hərbi və strateji mövqelərini xeyli gücləndirib. Müxtəlif istiqamətlər üzrə əldə edilən uğurlar Kremlin danışıqlarda daha sərt mövqe tutmasına zəmin yaradıb. Rusiya hazırda hərbi baxımdan üstün mövqedə olduğunu düşünür və bu üstünlüyü diplomatik müstəviyə daşımaq istəyir.

Bu baxımdan, Rusiyanın sərt mövqe nümayiş etdirməsi təəccüblü deyil. Müharibə meydanında üstünlük əldə edən tərəfin danışıqlarda da möhkəm və güzəştsiz mövqe tutması təbii qarşılanır. Ehtimal edilir ki, yaxın gələcəkdə də Rusiya bu mövqeyini dəyişməyəcək və Zelenski ilə birbaşa danışıqlara getmək üçün əlavə siyasi və strateji şərtlər irəli sürəcək. Rusiya yaxın müddətdə Ukrayna ərazisində hərbi əməliyyatlarını davam etdirəcək. Bu ilin sonuna doğru isə iki ölkə arasında atəşkəsin əldə olunacağı gözlənilir. Son dövrlərdə Ukraynada atəşkəsin təmin olunması istiqamətində müəyyən konkret irəliləyişlər müşahidə edilir. Bununla yanaşı, tərəflər arasında qarşılıqlı ittihamlar hələ də davam etməkdədir. Hazırkı vəziyyət onu göstərir ki, nə Rusiya, nə də Ukrayna tərəfi siyasi iradə göstərməyə və güzəştə getməyə hazır deyil. Tərəflərin sərt mövqeləri danışıqlar prosesini çətinləşdirir. Müharibənin yekun nəticələri barədə isə dəqiq fikir bildirmək hələ ki, mümkün deyil. Lakin onu demək olar ki, prosesin gedişi və son nəticə zamanla daha aydın şəkildə özünü göstərəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 May 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri