“İstilik olmadığı üçün 100 uşaq məktəbi tərk edib” iddiası doğrudur?
Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kürdəmirdə valideynlərin övladlarını odun sobası ilə qızdırılan məktəblərdən çıxarıb istilik olan təhsil müəssisəsinə aparmaları barədə iddialar yayılıb.
Yenicag.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkə paylaşımlarında məktəbi 100-ə yaxın şagirdin tərk etdiyi bildirilib. 2 və 4 nömrəli məktəblərində təhsil alan şagirdlərin də digər məktəblərə aparıldığı iddia olunub.
Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:
“Gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Valideynlərin odun sobası ilə qızdırılan məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar yayılıb. Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edilən təhsil müəssisələri odun sobası ilə qızdırılmır. Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyinin istilik təminatı fərdi qazanxana, Kürdəmir şəhər S.Əliheydərov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin istilik təminatı isə kombi sistemi vasitəsilə normal qaydada həyata keçirilir”.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 30 Yanvar 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















