Icma.az
close
up
RU
Onlar üçün istilik enerjisi sayğacları pulsuz quraşdırılacaq

Onlar üçün istilik enerjisi sayğacları pulsuz quraşdırılacaq

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məişət istehlakçıları üçün istilik enerjisi sayğacları pulsuz quraşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, paylayıcı istehlakçıya verdiyi istiliyin və isti suyun miqdarını yalnız sayğacın göstəricilərinə (sayğac yalnız binanın şəbəkəyə qoşulma nöqtəsində quraşdırıldığı halda isə istilik enerjisindən istifadə qaydalarına) əsasən müəyyən etməlidir. 

Bu barədə istehlakçıya hər ay bildiriş, habelə satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi istilikenerjisinin dəyərini tam hesablayaraq satıcının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi istilik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab satıcı tərəfindən təqdim edilməlidir(göndərilməlidir).

Nəzərdə tutulan hesabda istehlakçının istilik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu və həmin qalıq borcun ödənilməli olduğu son tarix göstərilməlidir. İstehlakçı tərəfindən istilik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra satıcı yol verilmiş səhvə görə düzgün hesablanmamış istilik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz.

Məişət istehlakçıları üçün sayğac həmin istehlakçının qurğusunun qoşulduğu paylayıcının vəsaiti hesabına həmin paylayıcı tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

Qeyri-məişət istehlakçıları sayğacla öz vəsaiti hesabına onun istilik qurğusunun qoşulduğu paylayıcı, yaxud istehlakçının seçdiyi podratçı tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

Bu Qanun qüvvəyə minənədək tikilmiş binalarda sayğacın quraşdırılması texniki baxımdan mümkün olmadığı hallarda paylayıcı tərəfindən binanın girişində quraşdırmış sayğacın istismarı fərdi qaydada sayğacların quraşdırılması üçün texniki imkan yarananadək davam etdirilir.

Bu Qanun qüvvəyə mindikdən sonra layihələndirilən çoxmənzilli yaşayış binalarında mənzillər üzrə boruların üfüqi paylanması ilə fərdi şəkildə istiliyin və isti suyun verilməsi təmin edilir və hər bir mənzil üçün sayğacın quraşdırılması həyata keçirilir.
İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna uyğun olaraq həyata keçirilir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri