İstilik sistemi olmayan mənzilə 209 manat borc yazılıb ŞİKAYƏT
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Binalarında istilik sistemi olmayan vətəndaş ona gələn istilik borcundan şikayətçi olub.
Oxu.Az-a müraciət edən vətəndaş iddia edib ki, uzun illərdir mənzilində istilik sistemi olmadığı halda ona 209 manat borc yazılıb.
"Mən Bakı şəhərində Bəhruz Nuriyev küçəsi, 24, mənzil 42-də yaşayıram. Bizim binada heç vaxt istilik sistemi olmayıb. Ancaq elektrikdən istifadə edirik. Buna baxmayaraq, bizdən 209.15 AZN borcun ödənilməsi tələb olunur. Verilməyən istiliyə görə bu qədər borc necə yazıla bilər?" - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, sözügedən mənzilin istilik borcu 2009-cu ilə qədər hesablanıb.
"2009-cu ilə qədər həmin binada yaşayan sakinlərin bir çoxu istilik almaqdan imtina edərək binaya və bir çox mənzillərə çəkilən istilik xətlərini kəsiblər. Ona görə də həmin ildən binaya istilik verilməsi dayandırılıb. Ərazidə qazanxanamız var, sadəcə 16 il əvvəl vətəndaşlar tərəfindən belə bir addım atıldığı üçün binaya istilik verilmir.
2009-cu ildən sonra o binadakı mənzillərə heç bir borc hesablanmayıb. Vətəndaşın qeyd etdiyi borc da məhz həmin ilə qədər mənzilə verilən istiliyin borcudur və birmənalı olaraq ödənilməlidir", - deyə E. Basqallı bildirib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 11 İyul 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















