Bu bağçaya 10 gündür istilik verilmir Şikayət
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Noyabrın 15-də Bakıda istilik mövsümünə başlanılsa da, Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən 162 saylı körpələr evi-uşaq bağçasına artıq 10 gündür istilik verilmir.
Bu barədə Axar.az-a valideynlər müraciət ünvanlayıblar.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, bağçanın qaz sayğacında yaranmış problem səbəbindən istilik verilməsində fasilə yaranıb:
“Problemin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müraciət olunub. Qeyd edək ki, təhsil müəssisələrinin istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılır. Hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə yaradılmış operativ işçi qruplar tərəfindən tədbirlər görülür”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 25 Noyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















