Icma.az
close
up
RU
İstilik üçün sayğaclar quraşdırılacaq, amma bu il YOX RƏSMİ

İstilik üçün sayğaclar quraşdırılacaq, amma bu il YOX RƏSMİ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda əhaliyə verilən istilik enerjisinin sayğacla veriləcəyi barədə xəbərlər yayılıb. "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev bu barədə yerli mətbuata müsahibəsində bildirib. 

Onun sözlərinə görə, bu həm şəffaflıq, həm də xərclərin optimallaşdırılması baxımından vacibdir: "Biz son iki ildə bu mövzunu aktiv şəkildə gündəmə gətirmişik. Əvvəllər bu məsələ ümumiyyətlə müzakirə olunmurdu. Ola bilsin ki, bəzi hallarda biz çox enerji veririk, amma onun dəyərini tam şəkildə ala bilmirik".

Modern.az sayğacların bu ildən quraşdırılıb-quraşdırılmayacağını dəqiqləşdirmək üçün  “Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Basqallı bildirib ki, qaydaların tələblərinə əsasən, gələcəkdə həm əhali, həm də qeyri-əhali istehlakçı qruplarının istilik sayğacları ilə təmin edilməsi nəzərdə tutulur. İlkin mərhələdə, əhali istehlakçı qrupu üçün 60 ədəd istilik sayğacı gətirilərək pilot layihə çərçivəsində bu il quraşdırılıb. Lakin bu sayğaclar mənzillərə deyil, bütün binalar üzrə ümumi şəkildə quraşdırılıb.

Onun sözlərinə görə, bu il ödənişlər istilik sayğacları vasitəsilə həyata keçirilməyəcək: 

“Sayğacların mənzillərdə quraşdırılmamasının əsas səbəbi isə, qaz, su və elektrik sayğaclarından fərqli olaraq, istilik sisteminin quraşdırılmasının texniki və inzibati baxımdan daha mürəkkəb olmasıdır. Belə ki, istilik bir mərkəzi xətt vasitəsilə deyil, hər otağa ayrıca daxil olur. Bu isə o deməkdir ki, bir neçə otaqlı mənzildə bir neçə sayğac quraşdırılmalı və onlara nəzarət üçün mənzilə tez-tez daxil olmaq tələb olunur”.

Əlavə olaraq bildirilib ki, məhz bu səbəbdən, ilkin mərhələdə istilik sayğaclarının quraşdırılması pilot layihə çərçivəsində yalnız binalar üzrə həyata keçirilib və ödənişlər hələlik mövcud qaydalar əsasında (əvvəlki qaydada) aparılacaq:

“Gələcək mərhələlərdə qeyri-əhali qrupu üçün sayğacların müəssisələr tərəfindən, əhali istehlakçı qrupu üçün isə “Azəristiliktəchizat” ASC və dövlət vəsaiti hesabına quraşdırılması planlaşdırılır”,- məlumatda deyilir.

Elvin Basqallı qeyd edib ki, 5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 303 saylı “İstilik enerjisindən istifadə Qaydaları”na əsasən, hər il respublika ərazisində istilik mövsümü payız-qış aylarında noyabrın 15-dən etibarən başlayır və növbəti ilin aprelin 15-də başa çatır. Ölkənin 14 dağlıq və dağətəyi rayonunda isə istilik mövsümü noyabrın 1-dən başlayaraq, növbəti ilin mayın 1-də yekunlaşır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri