Icma.az
close
up
RU
İstintaq sənədləri Ermənistanın hərbi cinayətlərinə şahidlik edir

İstintaq sənədləri Ermənistanın hərbi cinayətlərinə şahidlik edir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 10-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında Azərbaycana qarşı törədilmiş cinayət hadisələrinə dair ümumi faktlar və dövlət qurumlarından Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hücumları nəticəsində həlak olmuş, itkin düşmüş şəxslərlə, habelə inzibati binalara, yaşayış evlərinə, ekologiyaya, dini və mədəniyyət abidələrinə və s. dəymiş ziyanla bağlı daxil olmuş statistik məlumatlar açıqlanıb.

Elan olunan sənədlərə Azərbaycanın müxtəlif nazirik, komitə, agentlik, rayon və şəhər icra hakimiyyətlərindən və sair qurumlarından daxil olmuş məlumatlar daxildir. Sənədlərdən görünür ki, 2020-ci il oktyabrın 4-də Ermənistanda Azərbaycanın mülki əhalisi arasında təşviş yaratmaq məqsədilə Gəncənin atəşə tutulması ilə bağlı qərar qəbul edilib. Ermənistanın beynəlxalq qınağa məruz qalmaması üçün həmin vaxt müdafiə naziri David Tonoyanın tövsiyəsi ilə qondarma rejimin “rəhbəri” Arayik Harutyunyan, guya, Gəncənin Ermənistan ərazisindən deyil, məhz onun əmri ilə Qarabağ ərazisindən vurulması ilə bağlı bəyanatla çıxış edib.

Arayik Harutyunyan 2021-ci il fevralın 16-da Rusiya sülhməramlı kontingentinin nümayəndələri ilə görüşü zamanı fevralın 17-də 13-18 nəfər azərbaycanlının cəsədinin təhvil veriləcəyini, istehza ilə “həmin cəsədlərin təhvil verilməsinin Xocalı soyqırımından sonra Azərbaycana hədiyyə olduğunu” bildirməklə təqdim edib.

Bundan başqa, A.Harutyunyan Ermənistan hərbçiləri tərəfindən 1992-ci ilin fevral–mart aylarında azərbaycanlı xüsusi təyinatlı milis əməkdaşlarının divar qarşısında düzdürülərək güllələnməsi barədə fikir söyləyib.

Həmin sənədə əsasən, Arayik Harutyunyan 2022-ci il avqustun 5-də Laçın rayonunun Sarıbaba kəndi ərazisində həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi qulluqçularının üzərinə qaya parçasını Ermənistan hərbçilərinin qəsdən yuvarladığı barədə məlumata malik olması da öz əksini tapıb.

Başqa sənədə əsasən 7 nəfər təqsirləndirilən şəxs - Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Babayan, Davit İşxanyan, David Manukyan barəsində məlumatları, yəni anket məlumatları, təhsil, qondarma qurumda tutduqları “vəzifələri”, 90-cı illərin əvvəllərindən qondarma qurumun qanunsuz fəaliyyətində rolu, 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ildə 44 günlük müharibədə iştirakları və sair kimi məlumatlar öz əksini tapıb.

Digər sənədə əsasən müəyyənləşdirilib ki, Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində qondarma qurumun maliyyələşdirilməsi Ermənistan tərəfindən həyata keçirilib.

Bundan başqa qeyd edilib ki, ərazilərimiz işğaldan azad edildikdən sonra orada çoxsaylı silah-sursat və digər qurğular aşkar edilib. Həmin silahlar içərisində iriçaplı silahlarla yanaşı, tank, top və digər bu kimi döyüş təyinatlı avadanlıqlar olub.

Digər sənədə əsasən, yutubda yer almış və cinayət işinin materiallarına əlavə edilmiş videomateriallardan görünür ki, döyüş səhnələri real olaraq qeydə alınıb, görüntülər zamanı müxtəlif zirehli texnikalarla, hərbi paltarlı şəxslər müxtəlif silahlarla müxtəlif istiqamətlərdə atəşlər açır.

Növbəti kadrlarda Birinci Qarabağ müharibəsində müxtəlif sayda hərbi geyimli azərbaycanlının qətlə yetirilərək öldürüldüyü, torpaq üzərində cansız cəsədlərinin qaldığı, Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən azərbaycanlı hərbçinin əsir olaraq saxlanıldığı, əsir götürülmüş Azərbaycan əsgərləri görünür. Əsir götürülmüş şəxsə zor tətbiq edilir, onunla pis rəftar olunur və ona müxtəlif formada zorakılıq göstərirlər. Videoda əsirin sifət nahiyəsinin sağ tərəfindən qan axdığı müşahidə olunur, viran qoyulmuş ərazimizdə Ermənistan silahlı qüvvələrinin hərbçiləri talançılıqla məşğul olur.

Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see178

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri