Icma.az
close
up
RU
Zərərçəkmişlər erməni hərbçilərinin cinayətlərinə şahidlik ediblər

Zərərçəkmişlər erməni hərbçilərinin cinayətlərinə şahidlik ediblər

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma kimi çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq prosesinin baxış iclası iyulun 7-də davam etdirilib.

Hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdüyü, işğal nəticəsində əmlaklarını itirmiş və digər zərərlər görmüş şəxslər ifadə veriblər.

Zərərçəkmiş Güloğlan Əmirxanov ifadəsində 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi işğal olunan zaman Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülərək Ağkəndə aparıldığını bildirib. G.Əmirxanov Qaradağlı sakinlərinin bir qisminin “Bəylik bağı” adlanan yerdə kütləvi şəkildə qətlə yetirildiyini söyləyib.

Zərərçəkmiş Elşən Şirinov ifadəsində 1992-ci ilin fevral ayının 17-də Qaradağlı kəndinin digər sakinləri kimi girov götürüldüyünü bildirib. Hadisələr zamanı onun anası da yaralanıb. Kənddən çıxarkən girov götürülmüş kənd sakinlərindən 2 nəfər qətlə yetirilib. “Bəylik bağı” adlanan ərazidə ermənilər burada 20 nəfərdən çox azərbaycanlını da güllələyiblər.

Zərərçəkmiş Əli İsmayılov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı doğmalarının qətlə yetirildiyini söyləyib. Elxan Cabbarov isə bildirib ki, Xocalıya hər tərəfdən hücum edənlər dinc əhalini, o cümlədən uşaqları, qadınları, qocaları odlu silah atəşləri ilə öldürüb, şəhəri yandırıblar. Əmisi qızı Raya Orucova, onun azyaşlı qızı Xəyalə Orucova və əri Telman Orucov da qətlə yetirilib.

Zərərçəkmiş Kamil Bayramov bildirib ki, atası Cəllad Bayramov və daha bir neçə azərbaycanlı 1991-ci il martın 11-də yaşadığı Kosalar kəndinə ərzaq və yardım gətirərkən Ağdam-Əsgəran yolunda erməni təcavüzkarları tərəfindən avtobusda öldürülüb. O, 1992-ci il fevralın 26-na keçən gecə Kosalar kəndindən Xocalı şəhərinin yandırıldığını gördüyünü də bildirib.

Zərərçəkmiş Ramiz Qəhrəmanov ifadəsində bildirib ki, 1991-ci il dekabrın 15-də ermənilər Cəmilli kəndinə hücuma keçib. 120 ailədən ibarət 591 nəfər sakin məcburi köçkün düşüb. Ümumilikdə, 13 nəfər həlak olub, 6 yaşlı Abdullayeva Maya Sərhat qızı da qətlə yetirilib.

Zərərçəkmiş Kərkicahan qəsəbəsinin sakini Dərgah Haqverdiyev bildirib ki, 1991-ci ildən başlayaraq Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayda xidmət edən ermənilərin iştirakı ilə, həmin alayın silahlarından, texnikalarından istifadə etməklə qəsəbə atəşə tutulub. Dekabrın 28-də isə kəndə hücuma keçən ermənilər Kərkicahanı işğal edib. Əhali çox çətinliklə meşə yolu ilə kənddən çıxaraq Şuşa şəhərinə gedib. İşğala kimi Kərkicahan qəsəbəsində əhalinin sayı 1796 nəfər olub.

Siracəddin Mərdəliyev ifadəsində 1992-ci ildə Xocalı soyqırımı zamanı onun valideynlərinin Xocalının digər sakinləri ilə birlikdə girov götürülüb. Şükür Şükürov 1993-cü il avqustun 17-də Cəbrayıl rayonunun Süleymanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş yeznəsi Müzəffər Rüstəmovun meyitini gətirmək istəyərkən girov götürüldüyünü bildirib.

Zərərçəkmiş İman Quliyev ifadəsində 1989-cu il dekabrın 1-də həmkəndliləri ilə yük maşınında ot yığmaqdan qayıdarkən ermənilər tərəfindən döyülərək zorla Qafan rayonuna aparıldıqlarını bildirib. Əbülfət Qasımov ifadəsində deyib ki, 1994-cü il yanvarın 12-də Füzuli rayonu Aşağı Əbdurrəhmanlı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı döyüşərkən yaralanıb. Bu zaman əsir götürülüb.

Zərərçəkmiş Həbib Kazımov 1993-cü il sentyabrın 3-də Əliquluuşağı kəndində gedən döyüşlərdə yaralanıb, nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. Bayram Rüstəmov ifadəsində 1993-cü il avqustun 30-da Qubadlının Qarağac kəndində həmkəndlisi Əliyev Mehman Vəliş oğlu ilə birlikdə girov götürüldüyünü bildirib.

Zərərçəkmiş Cavidan Qasımov bildirib ki, 2021-ci il yanvarın 29-da saat 18 radələrində Ermənistanın sərhədində Laçın rayonu ərazisində yerləşən postdan əsgər yoldaşı Aydın Gülmalıyevlə birlikdə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb. Əlizamin Qaraşov bildirib ki, 1993-cü il sentyabrın 30-da Ermənistan hərbçiləri onu girov götürüblər. Hüsniyyə İbrahimova isə bildirib ki, 1990-cı il martın 1-də Göyçədən Qazağa gələndə zorla İrəvan şəhərinə aparılıblar. Cümşüd Əliyev deyib ki, 1992-ci ildə Füzuli rayonunda Ermənistan silahlı qüvvələrinə qarşı döyüşərkən yaralanıb, nəticədə əsir götürülüb.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin də suallarını cavablandırıblar.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see268

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see154

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri