Icma.az
close
up
RU
İstintaq yekunlaşdıqdan sonra günahkarların cəzalandırılması və təzminatın ödənilməsini gözləyəcəyik

İstintaq yekunlaşdıqdan sonra günahkarların cəzalandırılması və təzminatın ödənilməsini gözləyəcəyik

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyev Prezident Putinin Düşənbədə keçirilən rəsmi görüşü bir neçə elementə görə olduqca vacib bir görüş kimi dəyərləndirilir. Məsələ bundadır ki, 2024-cü ilin dekabr ayında baş vermiş AZAL təyyarəsinin qəzası ilə əlaqədar olaraq iki ölkə arasında, xüsusilə də informasiya müstəvisində bir növ soyuq münasibətin bərqərar olduğunu biz gördük. Bu proses, təqribən 10 ay davam etdi. Çünki həmin dönəmdə Azərbaycanın çox haqlı olaraq dilə gətirdiyi vacib suallar var idi ki, Rusiya tərəfi bu suallara cavab verməkdən yayınırdı. Bunun əksinə olaraq, biz gördük ki, Rusiyada müxtəlif ideoloji mərkəzlərə bağlı olan informasiya platformaları vasitəsilə, hətta bir növ Azərbaycan əleyhinə fikirləri tirajlamağa cəhdlər olundu. Bəzi informasiya mərkəzləri ictimai rəydə az qala yeni bir "düşmən" obrazını yaratmağa çalışdılar”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, həm də bu təbliğat bir ideoloji rupor funksiyasını yerinə yetirən mərkəzlər milliyyətcə erməni olan neçə Aram Qabrielyanov, Marqarita Simonyan kimi şəxslər tərəfindən idarə olunur və ya Vladimir Solovyov kimi təbliğatçılar, Dövlət Dumasının Konstantin Zatulin kimi deputatları ermənipərəst mövqe üzərində öz fəaliyyətini quran şəxslər tərəfindən aparılırdı: “Azərbaycana qarşı aparılan kampaniya ona hesablanmışdı ki, iki ölkə arasında münasibətləri pozsunlar və bu münasibətlər, hətta müəyyən mənada da gərgin bir müstəviyə keçsin. Burada önəmli məsələ ondan ibarət oldu ki, xüsusilə Azərbaycan tərəfi bütün informasiya və ya ideoloji müstəvidə baş verən təxribatlara soyuqanlı yanaşdı”.

Azər Allahverənov

“Beynəlxalq hüququn təməl prinsiplərinə söykənərək, faktiki olaraq baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya tərəfinə ünvanladığı suallar var idi. Nəticə etibarilə, biz gördük ki, Rusiya rəsmiləri həmin sualları ya cavablandırmaq istəmirlər və ya cavablandırdıqda hansısa bir tamamilə məsələyə aidiyyəti olmayan narrativləri dilə gətirirlər. 10 aydan sonra görüş baş tutdu. İki ölkə liderləri rəsmi görüşərək, bu dəfə Azərbaycanın dilə gətirdiyi və Azərbaycan xalqını haqlı olaraq düşündürən məsələlərə dair mövqeyini açıqlamış oldu. İlk əvvəl Rusiya prezidenti bildirib ki, “təyyarə qəzasından sonra ilk zəngində təyyarənin məhz Rusiya səmasında belə bir hadisə ilə üzləşməsi səbəbindən üzrxahlığına dilə gətirib və digər tərəfdən başsağlığını bildirib”. Bunu sonuncu görüşdə Vladimir Putin xüsusilə vurğuladı. Və dedi ki, “mən bir daha bu fikirləri təkrarlayıram və söyləyirəm”.

Eyni zamanda iki çox digər vacib məsələ var ki, Azərbaycan tərəfi bunu xüsusi olaraq önə çəkirdi. Bu bilavasitə günahkarların cəzalandırılması və təzminatın ödənilməsi məsələsi idi. İndi artıq Vladimir Putin çıxışı zamanı bildirdi ki, artıq istintaq tədbirləri yekunlaşdırılmaqdadır və onun artıq əlində bəzi məlumatlar var. Yaxın günlərdə əldə etdiyi bir məlumatlar və bu məlumatlardan da bəlli olur ki, AZAL-a məxsus təyyarənin, məhz iki raketin o istiqamətə atıldığı və partlanması nəticəsində zərər dəydiyini dilə gətirir. Yəni faktiki olaraq, Qroznuda fəaliyyət göstərən havadan müdafiə sistemlərinə bağlı fəaliyyəti ilə əlaqədar olduğunu xüsusilə dilə gətirir. Bildirir ki, istintaq tədbirləri yekunlaşdıqda, konkret şəxslər buna görə cəzalandırılacaq. Məhz, bu məsuliyyətdən irəli gələrək bu hadisə zamanı xəsarət almış sərnişinlərə və dünyasını dəyişmiş şəxslərin ailə üzvlərinə təzminatın ödənilməsi məsələsini öz üzərinə götürdüyünü bildirir. Putin xüsusilə o mövqedən çıxış edir ki, təyyarənin vurulması Rusiya ərazisində baş verib və bundan irəli gələrək Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır”-deyə deputat bildirib.

Azər Allahverənov qeyd edib ki, Prezident də xüsusilə olaraq çıxışında qeyd edib ki, Rusiya təmaslarımız kəsilməmişdi, ən yüksək səviyyədə bu təmaslar var idi: “Ayrı-ayrı strukturlar daim kontaktda olurdular və hətta iki ölkə arasında strateji müttəfiqlik xarakteri daşıyan münasibətlər müxtəlif sahələrdə daha da inkişaf edirdi. Eyni zamanda, Rusiya tərəfi də xüsusilə o məsələni diqqətə çatdırdı ki, Azərbaycan və Rusiya arasında strateji müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi olduqca vacibdir. İndiki hadisələr fonunda dövlətlər arasında münasibətlərin, xüsusilə də Azərbaycan üzərində reallaşan bir çox layihələrdə Rusiyanın iştirakı məsələsi Rusiya üçün olduqca əhəmiyyətlidir və bu görüş xüsusilə ona dəlalət edir ki, iki ölkə arasında ikitərəfli münasibətlərin tam normal məcraya yönəldilməsi, xüsusilə də bir çox açıq qalan suallara cavabların verilməsindən sonra münasibətlərin normallaşdırılması istiqamətində çox ciddi bir hərəkətlənmə olacaq. Biz ümid edirik ki, istintaq tədbirləri tez bir zamanda başa çatacaq. Cənab Prezident İlham Əliyevin xüsusilə qeyd etdiyi kimi "obyektiv istintaq aparılacaq". Bu da o deməkdir ki, çox yaxın vaxtlarda istintaq tədbirləri yekunlaşdıqdan sonra tam nəticələr açıqlanacaq. Bu nəticələrdən irəli gələrək günahkarların cəzalarını alması, təzminatın ödənilməsi baş verəcək və iki dövlət arasında olan münasibətlərdə müəyyən müstəvilərdə hər hansı bir narahatlıq elementlər varsa, yəqin ki, onun da üzərindən artıq münasibətlərin tam normal şəkildə inkişaf etdiriləcəyinin şahidi olacağıq”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Oktyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri