Icma.az
close
up
RU
İstiqlal muzeyində sərgi Qarabağ Azərbaycandır AZƏRTAC

İstiqlal muzeyində sərgi Qarabağ Azərbaycandır AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Azərbaycan İstiqlal muzeyində Veteran Tankçılar İctimai Birliyinin təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır" adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu cür sərgilər Azərbaycanın tarixi və mədəni irsini yaşatmaq, xalqımızın gücünü və birliyini bütün dünyaya nümayiş etdirmək üçün vacib bir addımdır. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfər həm də gələcək nəsillər üçün bir örnəkdir. Bu, xalqımızın tarixində yalnız qələbə deyil, milli birlik və həmrəyliyin ən yüksək təcəssümüdür.

"Azərbaycan Dağ Yəhudiləri" Dini İcmasının sədri Milix Yevdayev çıxışında Azərbaycan xalqının tarix boyu əzmkarlığı, milli iradəsi və vətən sevgisi ilə seçildiyini bildirib. O, 44 günlük Vətən müharibəsinin bu xüsusiyyətlərin ən bariz nümunəsi olduğunu və xalqımızın Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək birlik və həmrəyliyin əsl gücünü ortaya qoyduğunu diqqətə çatdırıb.

Tədbirdə Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov, rəssam Mehriban Alışova və sərginin kuratoru Ülkər Əbülfət çıxış edərək müharibə zamanı xalqımızın birliyinin və Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən böyük zəfərin Azərbaycan tarixində əvəzsiz yer tutduğunu bildiriblər. Qeyd edilib ki, bu şanlı Qələbədən sonra Qarabağda tarixi abidələr bərpa edilib, mədəni irsimiz qorunub. Bu gün isə həmin abidələrin gözəlliyi rəsm əsərlərində əks olunub.

Natiqlər həmçinin, şəhidlərimizin və qazilərimizin göstərdiyi fədakarlığı, onların mübarizəsinin Azərbaycan xalqının gələcək nəsilləri üçün bir örnək olduğunu qeyd ediblər. Onlar, həmçinin sərginin mədəni irsimizi yaşatmaq və gənc nəsillərə vətənpərvərlik ruhunu aşılamaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirdə rəsm əsərləri nümayiş olunan rəssamlara mədəni irsimizin qorunmasına, Qarabağın bərpasına və Azərbaycan xalqının birliyinə verdikləri dəstəyin qiymətləndirilməsi məqsədilə çəkdikləri əsərlərə görə diplomlar təqdim edilib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə 14 rəssamın əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub. Bu əsərlər 44 günlük Vətən müharibəsində azad edilən Qarabağın təbiətini, erməni vandalizmi nəticəsində dağıdılmış, lakin ölkəmizin başçısının rəhbərliyi ilə yenidən bərpa olunan tarixi-memarlıq abidələrini əks etdirir.

Sərgi yanvarın 16-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri