Icma.az
close
up
RU
İstirahət mərkəzinin sahibinə hökm oxundu: 3 nəfər ölmüşdü...

İstirahət mərkəzinin sahibinə hökm oxundu: 3 nəfər ölmüşdü...

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şahbuzda istirahət mərkəzində 3 nəfərin boğulması ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Şahbuz Rayon Məhkəməsində istirahət mərkəzində 3 nəfərin boğularaq ölməsi faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

İttihama görə, 2025-ci il sentyabrın 4-də saat 22 radələrində Naxçıvan şəhər sakinləri 2011-ci il təvəllüdlü Ceyran Hüseynova, anası 1983-cü il təvəllüdlü Sevinc Hüseynova və nənəsi 1947-ci il təvəllüdlü Səkinə Məmmədova Şahbuz rayonunun Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahət edərkən həyətyanı sahədəki gölməçədə kustar üsulla hazırlanmış üzən platforma aşıb. Nəticədə hər üç şəxs boğularaq ölüb.

İbtidai istintaqla müəyyən edilib ki, daşınmaz əmlakı icarəyə verməklə fərdi sahibkar kimi fəaliyyət göstərən Hikmət Qurbanlının vəzifəli şəxs kimi işə vicdansız və ya laqeyd münasibəti ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olub. Toplanmış sübutlar əsasında o, Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, platformanın kustar üsulla hazırlandığını, onun yükgötürmə qabiliyyətinin 6 nəfər olduğunu, lakin müştərilərin 8-10 nəfər minməsinə icazə verdiyini deyib. O, həmçinin platformadan istifadə ilə bağlı yazılı xəbərdarlıq lövhəsinin asılmadığını, təhlükəsizlik tələblərinin tam təmin edilmədiyini etiraf edib və peşman olduğunu bildirib. Təqsirləndirilən şəxs zərərçəkmişlərin hüquqi varisləri ilə barışdıqlarını, zərərin ödənilməsi üçün əlindən gələni etdiyini qeyd edərək yüngül cəza istəyib.

Zərərçəkmişlərin hüquqi varisləri də ibtidai istintaqda verdikləri ifadələri təsdiqləyib, hadisə gecə saatlarında platformada çox adamın olmasından və tarazlığın pozulmasından sonra baş verdiyini bildiriblər. Onlar təqsirləndirilən şəxslə barışdıqlarını, şikayət və tələblərinin olmadığını, məhkəmədən yüngül cəza verilməsini xahiş ediblər.

Zərərçəkmişlər və şahidlər həmçinin ifadələrində bildiriblər ki, təhülksəzilik tədbirləri tam yerinə yetirilmədiyindən belə bir hadisə baş verib.

Məhkəmənin hökmü ilə Hikmət Qurbanlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirli bilinib. Ona 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyənləşdirilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Yanvar 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri