“Astara” İstirahət Mərkəzinin rəhbəri cərimələnib
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astara rayonunun Çayoba kəndində fəaliyyət göstərən "Astara” İstirahət Mərkəzinin rəhbəri 800 manat cərimələnib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Astara Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədov bununla bağlı qərar çıxarıb.
İş materiallarından aydın olur ki, "Astara” İstirahət Mərkəzi tullantı sularını kənara təyinatsız axıdıb. Bununla bağlı obyektin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddəsi ilə inzibati iş başlanıb.
Astara Rayon Məhkəməsi də obyektin rəhbərini 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 03 Mart 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















