Icma.az
close
up
RU
İsveç 2025ci ildən yeni qanunlar tətbiq edir AZƏRTAC

İsveç 2025ci ildən yeni qanunlar tətbiq edir AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Stokholm, 25 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

2025-ci il yanvarın 1-dən İsveçdə həyatın müxtəlif sahələrinə təsir edəcək yeni qanunlar qüvvəyə minəcək.

AZƏRTAC xəbər verir ki, dəyişikliklər ekoloji vəziyyətin yaxşılaşdırılması, vətəndaşların hüquqlarının müdafiəsi və inzibati prosedurların sadələşdirilməsi məqsədi daşıyır.

Tekstil çeşidlənməsi

Bütün tekstil tullantıları digər tullantılardan ayrı çeşidlənməli və saxlanmalıdır. Onlar bələdiyyələrin təşkil etdiyi toplama məntəqələrinə təhvil verilməlidir. Bu, təkcə geyimə deyil, həm də ev tekstilinə, interyer əşyalarına, tekstil çantalarına və aksesuarlarına aiddir.

Anonim şahidlər

Məhkəmələrdə və istintaq zamanı şahidlər iki il və ya daha çox müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan cinayətlərlə bağlı işlərdə anonim ifadə verə biləcəklər. Bu, həm polis istintaqı mərhələsində, həm də məhkəmələrdə şahidin və ya onların yaxınlarının ciddi cinayət təhlükəsinə məruz qalması riski olduqda mümkündür.

Daha çox doldurma stansiyaları

20-dən çox park yeri olan binalar indi ən azı bir elektrik avtomobili doldurma stansiyası ilə təchiz edilməlidir. Yenilik təkcə yeni tikililərə deyil, həm də mövcud binalara aiddir.

Xəstəlik məzuniyyətinə nəzarətin gücləndirilməsi

İşçilər uşaq baxımı və ya xəstəlik səbəbindən evdə qaldıqda işəgötürənlərdən vergi xidmətinə məlumat vermələri tələb olunur.

Uşaq hüquqlarının gücləndirilməsi

Ailə Məcəlləsinə edilən dəyişikliklər uşaqların zorakılıqdan qorunmasına yönəlib. Qəyyumluq, yaşayış və ünsiyyət məsələlərində uşağın maraqlarına əsas diqqət yetirilir.

Ailə Məcəlləsinə uşaqların zorakılıqdan və alçaldılmanın digər formalarından müdafiəsini gücləndirmək məqsədi ilə dəyişiklik edilib. Əsas prinsip qəyyumluq və yaşayış məsələlərində uşağın maraqlarının üstün olmasıdır. Ailədə məişət zorakılığı və ya sui-istifadə riskinə xüsusi diqqət yetirilir.

Vergilər və kreditlər

Benzin və dizel yanacağına vergilər azaldılır. Məşğulluq vergisi endirimi artırılır, yüksək gəlir əldə edənlər üçün vergi güzəştlərinin dərəcələrini aradan qaldırmaqla marjinal vergi dərəcəsi azaldılır. Təqaüdçülər də vergi endirimləri alacaqlar.

Təminatsız kreditlər üçün faizlər üzrə vergi endirimləri tədricən azalacaq. Gələn il yalnız 50 faiz çıxılacaq, 2026-cı ilə qədər isə bu imkan tamamilə yox olacaq.

Hotel açmaq prosesinin sadələşdirilməsi

İndi hotel açmaq üçün artıq icazə tələb edilməyəcək. Lakin belə bir fəaliyyətin başlanması təqdirdə polisi xəbərdar etmək lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2024 06:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri