Icma.az
close
up
RU
İsveç radiosu 100 illiyini qeyd edir AZƏRTAC

İsveç radiosu 100 illiyini qeyd edir AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Stokholm, 2 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

1925-ci il yanvarın 1-də İsveçdə radio erası başladı: sükut pozuldu və ölkə əbədi olaraq dəyişdi.

AZƏRTAC xəbər verir ki, “Sveriges Radio”nun (SR, İsveç radiosu) isveçlilərin gündəlik həyatına daxil olmasından, onun ayrılmaz hissəsinə çevrilməsindən yüz il ötür.

Radioyayımsız həyat başqa idi. Qrammofon 1887-ci ildə icad edilsə də, evlərə çox vaxt sükut çökürdü və insanlar tənhalığı hiss etməmək üçün fit çalırdılar. Lakin birdən bu sükutdan bir səs gəldi: “Allo, allo, bu, Stokholm radio yayım şirkətidir”. Bu sözlər İsveç radiosu tarixində ilk söz oldu. O zaman şirkət “AB Radiotjänst” adlanırdı, indiki adı isə “Sveriges Radio” yalnız 1957-ci ildə ortaya çıxdı. Həmin gün, 1925-ci il yanvarın 1-də səhər saat 10:55-də mikrofonun arxasında sonralar İsveç radiosunun simvoluna çevrilmiş 29 yaşlı Sven Errinq dayanmışdı.

Bu tarixi məqamda radioların qarşısında neçə nəfərin oturduğu məlum deyil. Lakin, yayımı təxminən 40 min qeydiyyatdan keçmiş radio vasitəsilə dinləmək olardı, onların sahibləri bu gün təxminən 400 krona (36 dollar) ekvivalent olan 12 kron illik lisenziya haqqı ödəmişdilər.

İlk verilişdə Stokholmdakı Yakob Kilsəsindən ibadət, “Skandia” Orkestrinin ifasında musiqi, mahnılar və çıxışlar, o cümlədən radio komitəsinin sədri Per Södermarkın çıxışı olub. İsveç Dövlət Himni ilə başa çatan çıxışında o, radionun hər ev üçün əlçatan olacağına ümid etdiyini bildirib və “Radiotjänst”a həvalə edilmiş mədəni missiyanın əhəmiyyətini vurğulayıb.

O dövrün texniki imkanları ilk verilişləri lentə almağa imkan vermirdi. Lakin 15 il sonra Sven Errinq və Per Södermark radio verilişində bu tarixi günü xatırlayırdılar.

İlk illərində “Radiotjänst” Stokholmdakı ofisindən gündə cəmi bir neçə saat yayımlanırdı. Lakin, 1933-cü ilə qədər radio artıq gündə 8 saat efirə çıxırdı. O, güclü kütləvi informasiya vasitəsinə çevrildi, buna görə də dövlət onun məzmununa ciddi nəzarət tətbiq edərək “Radiotjänst”i Britaniya modelinə oxşar ictimai xidmət kimi yaratdı. Qəzetlər radionun onları əvəz edəcəyindən narahat olaraq dövlət radiostansiyasının idarə olunmasında iştirak etmək qərarına gəldilər. İsveçin “Telegrambyrån (TT)” milli xəbər agentliyi və radio sənayesinin nümayəndələri “Radiotjänst”in sahibi oldular.

Bu gün “Sveriges Radio” inhisarda deyil, lakin İsveç əhalisinin 77 faizi, yəni 7 milyon 300 min insan hər həftə onun verilişlərini, podkastlarını və proqramlarını dinləyir.

100 illik yubiley tədbirləri çərçivəsində şirkət həm tarixi əhəmiyyətini xatırlatmaq, həm də gələcəyə baxmaq, o cümlədən müxtəlif layihələr vasitəsilə ünsiyyət qurmaq niyyətindədir.

SR həmçinin bir sıra tədbirlər, o cümlədən “Sveriges Radio” xorunun iştirakı ilə yubiley konserti hazırlayır. 2024-cü ildə şirkət iqtisadi çətinliklərlə üzləşməli oldu ki, bu da proqramların və əməkdaşların ixtisarı ilə nəticələndi və bu da öz növbəsində dinləyicilərin təəssüfünə səbəb oldu. Bununla belə, radio isveçlilərin gündəlik həyatının mühüm bir hissəsi olaraq qalır və hətta tənha olduqda belə sosial əlaqə hissi yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Yanvar 2025 03:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri