Icma.az
close
up
RU
İsveç Baş nazirinin xanımına müsabiqədənkənar ruhani vəzifəsi verilib

İsveç Baş nazirinin xanımına müsabiqədənkənar ruhani vəzifəsi verilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Stokholm, 6 iyul, AZƏRTAC

İsveç Baş nazirinin xanımı Birqitta Ed ictimai diskussiyaların mərkəzində yer alıb. Bu, Strenqnes kafedral kilsəsində ona açıq müsabiqə olmadan ruhani vəzifəsinin verilməsindən sonra baş verib.

AZƏRTAC xəbər verir ki, yeni ruhani vəzifəsinin təsis edilməsi qərarı 2023-cü ilin oktyabrında qəbul olunub və artıq bir gün sonra Ed müvafiq müraciət göndərib. Vakansiya barədə informasiya dərc olunmayıb və Baş nazirin xanımı həmin vəzifəyə yeganə namizəd olub. Birqitta Ed müraciət etdiyi zaman pastor köməkçisi kimi məcburi xidmət müddətini hələ başa vurmasa da, kilsə rəhbərliyi onun təyinatının uyğun hesab edib və sonradan bu vəzifəyə təsdiqləyib.

Kilsə rəhbərliyi müəyyən edilmiş qaydalara uyğun hərəkət etdiyini və namizəd tələblərə tam cavab verdiyi üçün vakansiya elan etməkdən çəkindiyini bildirib. Həmçinin qeyd edilir ki, qanuni olaraq müsabiqə elan etmək tələb olunmasa da, belə bir təcrübə adi hal hesab olunur və vəzifəyə qəbul prosesinin şəffaflığına töhfə verir.

Yaranmış vəziyyət bir sıra ekspertlərin tənqidinə səbəb olub. Lund Universitetinin etika üzrə dosenti Elizabet Qerle hesab edir ki, hətta Baş nazirin həyat yoldaşına imtiyazların verilməsi ilə bağlı şübhələr də İsveç kilsəsinə olan etimada mənfi təsir göstərə bilər. Bir neçə kilsə rəhbərinin Europaskolan özəl məktəbi və Birqitta Ed tərəfindən təsis edilən “Fållöknastiftelsen” fondu ilə əlaqələri ilə bağlı əlavə suallar yaranır.

“Kiminsə birdən çox vəzifə tutması həmişə şəxsi və ictimai maraqları qarışdırmağa başlamaq riski yaradır. Bu, şəxsin öz dost dairəsinin üzvlərinə və artıq müxtəlif direktorlar şuralarında birlikdə çalışdığı insanlara üstünlük verilməsi, qohumbazlıq şübhələri üçün əsas yaradır. Bu, heç də yaxşı hal deyil”, - deyə E. Qerle vurğulayıb.

Jurnalist araşdırmasının dərc olunmasından sonra Strenqnes yeparxiyasına şikayətlər daxil olub və Birqitta Edin ruhanilik tələblərinə uyğunluğunu qiymətləndirmək üçün araşdırma başladılıb. Yepiskop Yuhan Dalman və kilsənin rəhbəri Kristofer Lundqren potensial maraq toqquşması səbəbindən namizədliklərini geri götürüblər və araşdırmada iştirak etmirlər.

Birqitta Ed isə yaranmış vəziyyətlə bağlı açıqlama verməyib.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyul 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri