Icma.az
close
up
RU
İsveç Baş Nazirinin süni intellektdən istifadəsi: ChatGPT yə səs vermədik

İsveç Baş Nazirinin süni intellektdən istifadəsi: ChatGPT yə səs vermədik

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İsveçin Baş naziri Ulf Kristersson administrasiyasında "ikinci rəy almaq" üçün tez-tez süni intellekt (Sİ) vasitələrindən istifadə etdiyini açıqladıqdan sonra kəskin tənqidlərə məruz qalıb.

Bizimyol.info xəbər verir ki, İsveçin aparıcı biznes qəzeti olan "Dagens Industri"yə verdiyi müsahibədə Kristersson "ChatGPT" və Fransa istehsalı olan "LeChat" kimi süni intellekt platformalarından fəal istifadə etdiyini bildirib.

O, bu vasitələrdən “Başqaları nə edib? Əksini düşünməliyik?” kimi suallara cavab vermək üçün istifadə etdiyini bildirib. Kristerssonun açıqlaması xüsusilə texnologiya mütəxəssisləri və müxalifət tərəfindən sərt tənqidlərlə qarşılanıb.

İsveçin ən böyük qəzetlərindən biri olan "Aftonbladet" redaksiya məqaləsində Kristerssonun "oliqarxların süni intellekt psixozuna tutulduğunu" iddia edib.

Karlstad Universitetindən kompüter alimi Simone Fischer-Hübner Aftonbladetə vurğulayıb ki, siyasətçilərin həssas məsələlərdə süni intellektə müraciət etməsi ciddi risklər yarada bilər: "Çox diqqətli olmaq lazımdır. Xüsusilə təhlükəsizliklə bağlı məlumatlar bu sistemlərlə paylaşılmamalıdır", - deyə qeyd edib.

Baş nazirin sözçüsü Tom Samuelsson, Kristerssonun süni intellektdən istifadə edərkən təhlükəsizlik riski yarada biləcək məlumat vermədiyini iddia edib: "Bu sistemlər həssas məzmun deyil, ilk növbədə fikir mübadiləsi və ümumi çərçivələr yaratmaq üçün istifadə olunur", - deyə o bildirib.

Bununla belə, Umea Universitetinin aparıcı süni intellekt üzrə eksperti professoru Virciniya Dignum daha fundamental tənqidi təklif edib: "Sİ siyasi ideyalar haqqında mənalı rəy təklif edə bilməz. O, yalnız onu tərtib edənlərin fikirlərini əks etdirir.Sadə məsələlərdə belə, süni intellektə həddən artıq güvənmək sistemə həddən artıq güvənməyə səbəb ola bilər. Bu, çox təhlükəli bir meyldir", - deyib.

Dignum ictimaiyyətə xatırladıb ki, siyasi məsuliyyət seçilmişlərin üzərinə çatdırıb: "Unutmayaq: Biz "ChatGPT"yə səs vermədik".

Kristerssonun açıqlamaları süni intellektin dövlət idarəçiliyinə, qərarların qəbuluna və siyasətə təsiri ilə bağlı Avropada davam edən etik müzakirələri yenidən canlandırıb.

Liderlərin öz fikirlərini formalaşdırarkən belə alqoritmlərlə məsləhətləşmələri seçicilərin iradəsinin harada başlayıb, harada bitdiyi sualını doğurur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Avqust 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri