İsveç də Ukraynaya qoşun göndərə bilər
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
İsveç müəyyən şərtlər daxilində Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson Londonda keçirilən görüşündən sonra İsveç qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
"Bu, Amerikanın dəstəyi və Amerikanın təhlükəsizlik zəmanəti ilə edilməlidir. Bu, etibarlı strukturların mövcudluğuna əsaslanmalıdır", - o bildirib.
O qeyd edib ki, görüşün keçirildiyi mühit qətiyyətlə yadda qalıb.
"Hər kəs Ukraynaya güclü dəstəyini təsdiqləyir və bunun üçün daha çox şey etməyə hazırdır", - Kristersson davam edib.
Qeyd edək ki, bundan öncə Kanada Baş naziri Castin Trüdo da Ukraynaya qoşun göndərilə biləcəyini istisna etməmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 Mart 2025 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















