Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Stokholm, 16 iyun, AZƏRTAC

İsveç hökuməti uzun illər “Katrina da Kosta işi” kimi tanınan məhkəmə prosesində adı hallanan iki həkimin hər birinə 2 milyon kron (təxminən 213 min ABŞ dolları) məbləğində təzminat ödəmək barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, İsveçin ədliyyə naziri Qunnar Strömmerin sözlərinə görə, “ex gratia” qaydasında həyata keçiriləcək bu ödəniş dövlət qurumlarının fəaliyyəti nəticəsində həmin şəxslərin ciddi əziyyətlərə məruz qaldığının etirafıdır.

“Əgər səhvə yol verilibsə, dövlət bunu etiraf etməlidir. Bu məbləği onların çəkdiyi əzabların tam kompensasiyası hesab etmək olmaz. Bu, daha çox simvolik bir addım və onlara münasibətdə yolverilməz səhvlər olduğunun etirafıdır”, – deyə Q.Strömmer qeyd edib.

Söhbət məhkəmə patoloqu Teete Hyarme və həkim Tomas Algenedən gedir. Onlar 1988-ci ildə Katrina da Kostanın qətli ilə bağlı irəli sürülmüş ittiham üzrə bəraət alsalar da, məhkəmə hökmünün əsaslandırıcı hissəsində məhz onların mərhumun cəsədini hissələrə ayırdığı göstərilmişdi. Təqsirləndirilən şəxslər bəraət aldıqları üçün həmin ifadədən apellyasiya şikayəti vermək hüququna malik deyildilər. Sonradan hər iki şəxs tibbi fəaliyyət lisenziyasından məhrum edilib və onların vəkilləri bildirirlər ki, bu ittihamlar faktiki olaraq həyatlarını məhv edib.

İş 2024-cü ildə SVT telekanalının “İsveçdə cəsədin hissələrə ayrılması işi” adlı sənədli filminin yayımlanmasından sonra yenidən ictimaiyyətin diqqətini cəlb edib. Filmin müəllifləri məhkəmənin gəldiyi nəticələri şübhə altına alaraq onların yanlış məlumatlara əsaslandığını bildiriblər. İşə yenidən baxılması ilə bağlı bir neçə uğursuz cəhddən sonra həkimlərin vəkilləri bu ilin may ayında “ex gratia” qaydasında təzminat ödənilməsi barədə vəsatət qaldırıblar.

Hər iki şəxs 2007-ci ildə TT agentliyinə verdikləri müsahibədə məhkəmə prosesindən sonrakı həyatlarından danışaraq belə deyiblər: “Heç kim bizimlə iş görmək istəmir. Hətta tualet təmizləyicisi və ya xidmət heyəti kimi işə düzəlmək istəsəydik belə, bizi qəbul etməzdilər. Bu, əlbəttə ki, başadüşüləndir! Kim iki “cəsəd doğrayan”la yanaşı işləmək istəyər?”

Qeyd edək ki, Katrina da Kosta işi müasir İsveç tarixinin ən məşhur və mübahisəli cinayət işlərindən biri olaraq qalır. 1984-cü ildə qadının hissələrə ayrılmış cəsədi Stokholm ətrafında bir neçə müxtəlif yerdə aşkar edilmişdi. Onilliklər boyu aparılan istintaqa baxmayaraq, qətlin üstü hələ də açılmayıb və təqsirkar şəxslər rəsmən müəyyən edilməyib.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri