Icma.az
close
up
RU
İsveç dünyanın ən böyük rəsədxanasının tikintisinə qoşulub AZƏRTAC

İsveç dünyanın ən böyük rəsədxanasının tikintisinə qoşulub AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Stokholm, 23 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç Cənubi Afrika və Avstraliyada yerləşən dünyanın ən böyük astronomik rəsədxanası olan “Square Kilometr Array” (SKA) layihəsində iştirak edən 13-cü ölkə olacaq. Layihənin məqsədi Kainatı misli görünməmiş detallarla öyrənməkdir.

AZƏRTAC xəbər verir ki, İsveç layihədə 2012-ci ildən iştirak edir və indi rəsədxananın tikintisinə, habelə onun istismarının ilk on ilinə 300 milyon kron (27 milyon dollardan çox) vəsait ayıracaq. Ümumi büdcəsi 23 milyard kron (2 milyard dollardan çox) olan layihəyə iki radioteleskop daxildir: Cənubi Afrikadakı 197 nəhəng parabolik antenadan biri və Avstraliyadakı 131 072 kiçik antenadan ikincisi. Onlar ölkənin qərbindəki səhra ərazisində 512 stansiyaya yayılıb. Teleskoplar müxtəlif tezliklərdə radio siqnallarını qəbul edəcək. Daha sonra onlar təhlil ediləcək və iştirakçı ölkələrin məlumat mərkəzləri vasitəsilə paylanacaq. Rəsədxananın avadanlığı o qədər həssasdır ki, o, Yerdən onlarla işıq ili uzaqda yerləşən planetdə radar siqnallarını götürə bilir.

Radioastronomiya professoru və Unsala Rəsədxanasının direktoru Con Konveyin sözlərinə görə, SKA alimlərə Kainatda ilk ulduzların və qalaktikaların əmələ gəlməsini tədqiq etməyə, həyatın mənşəyi ilə əlaqəli molekulları axtarmağa və planetdə yeni, naməlum obyektləri kəşf etməyə imkan verəcək.

“Ümid edirik ki, bu layihə Nobel mükafatına layiq kəşflərə səbəb olacaq”, -deyə o vurğulayıb.

Tikintinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatacaq, lakin rəsədxana artıq bir neçə il ərzində istifadəyə veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see125

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see124

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri