Icma.az
close
up
RU
İsveç gömrüyü saxta “Labubu” kuklalarının axınını dayandırıb

İsveç gömrüyü saxta “Labubu” kuklalarının axınını dayandırıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Stokholm, 4 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç gömrüyü ümumi dəyəri 600 000 krondan (təxminən 55 000 dollar) çox olan 1200-dən çox saxta “Labubu” kuklasını müsadirə edib.

AZƏRTAC xəbər verir ki, bütün kontrafakt partiyalar Höteborq sərhədində saxlanılıb.

Rəsmi internet saytında kuklaların qiyməti 800-1600 kron (73-160 dollar) arasında dəyişir, təkrar bazarda isə bir neçə minə çatır.

“Labubu” ətrafında baş verən ehtiraslar oyuncağın pirat nüsxələrinin yayılmasına gətirib çıxarıb. Artıq “Lafufu” adlı saxta kuklalar Avropa bazarına aktiv şəkildə daxil olur.

İsveç gömrüyünün əqli mülkiyyət və məhsul təhlükəsizliyi üzrə ekspertləri deyirlər: “Son həftələrdə vəziyyət sözün əsl mənasında pik həddə çatıb. Ehtimal ki, bu, yeni tədris ili ərəfəsində tələbatın artması ilə bağlıdır. Belə görünür ki, hamı həmin məhsulu eyni vaxtda istəyir və təbii ki, sonra bazarda saxtaları peyda olur.

Problem İsveçin hüdudlarını aşıb. Məsələn, Norveçdə gömrük daha 1500 saxta məhsulun qarşısını alıb.

Ekspertlərin fikrincə, saxta məhsullar müəllif hüquqlarını pozmaqla yanaşı, uşaqlar üçün də təhlükə yaradır. Belə ki, onların detalları asanlıqla qırıla, materialları isə zəhərli maddələr ehtiva edə bilər.

Bir qayda olaraq, müsadirə olunan oyuncaqlar müəllif hüququ sahibinin qərarı ilə məhv edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri