Icma.az
close
up
RU
“Labubu” kuklalarının bahalığının səbəbləri KONKRET

“Labubu” kuklalarının bahalığının səbəbləri KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Pop Mart”ın rəhbəri Vanq Ninq bu il sərvətini 20 milyard dollar artırıb. “Labubu” oyuncaqlarına artan tələbat “Pop Mart International Group”un qurucusu və rəhbəri Vanq Ninqi dünyanın ən çox qazanan milyarderlərindən birinə çevirib.

KONKRET.az xəbər verir ki, “Yeni Sabah” “Labubu” kuklasının baha olmasının və ona tələbatın artmasının səbəblərini araşdırıb.

İlk baxışda sadə vinil fiqurlar kimi görünən bu kiçik kuklaların bəzilərinin qiyməti yüzlərlə, hətta minlərlə dollar səviyyəsinə qədər yüksəlir. Bunun səbəblərindən biri kuklaların məhdud buraxılışıdır. Tələbat yüksək, amma məhsul az olduğu üçün qiymətlər sürətlə qalxır.

Labubu obrazı Honq Konqlu dizayner Kenny Wong tərəfindən yaradılıb. Onun yaratdığı “The Monsters” seriyası dünya üzrə kolleksiyaçılar arasında böyük populyarlıq qazanıb. Dizayner brendləri həmişə adi oyuncaq istehsalçılarından daha bahalı olur, çünki onlar unikal dizaynla təqdim olunur, yüksək keyfiyyətli materiallardan istifadə edilir və məhsulun arxasında tanınmış bir sənətçi imzası var.

Labubu kuklalarının bahalı olmasının digər səbəbi onun adi oyuncaq deyil, kolleksiya əşyası kimi qiymətləndirilməsidir. Bəzi modellər yalnız xüsusi tədbirlərdə və ya lotereya üsulu ilə satışa çıxarılır.

Nəticədə, satış bitən kimi həmin nadir modellər ikinci əl bazarında 2-5 dəfə baha qiymətə təklif olunur.

Məsələn, ilkin satışda 60 dollara satılan limitli bir Labubu kuklasının qiyməti qısa müddətdə 300-500 dollara qədər yüksələ bilir.

Labubu kolleksionerləri arasında təkrar satış bazarı çox aktivdir. Məhdud buraxılışlı modelləri erkən əldə edən satıcılar, onları qısa müddətdə bir neçə qat baha qiymətə satışa çıxarır. Bu səbəbdən bəzi nadir Labubu modelləri hazırda hətta 1000 ABŞ dollarından baha qiymətə təklif olunur.

Labubu kuklaları yüksək keyfiyyətli vinil materialdan hazırlanır. Onların istehsalında incə detallar, əl işi boyama və xüsusi qablaşdırma istifadə olunur. Bu da onları ucuz, kütləvi istehsal olunan fiqurlardan fərqləndirir.

Bütün bunlara görə, “Labubu” kuklalarının bahalı olmasının əsas səbəbləri məhdud buraxılış, kolleksiya dəyəri, məşhur dizayner işi və bazarda yüksək tələbatdır. Dünyada kolleksiyaçılıq trendi artdıqca bu kuklaların qiyməti də yüksəlməyə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Sentyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri