Icma.az
close
up
RU
İsveç kokainin müsadirə edilməsinə görə yeni rekorda doğru gedir AZƏRTAC

İsveç kokainin müsadirə edilməsinə görə yeni rekorda doğru gedir AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Stokholm, 3 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç kokainin müsadirə edilməsi hallarında kəskin artımla üzləşib, bu da ölkədə artan qlobal narkotik bazarından xəbər verir.

AZƏRTAC xəbər verir ki, son doqquz ildə müsadirə olunan narkotik vasitələrin həcmi 4 min faiz artıb. Məsələn, 2023-cü ildə İsveç gömrüyü 1227 kq kokain müsadirə edib, 2024-cü ildə isə bu rəqəm artıq 1482 kq-ı keçib.

Ekspertlər tədarükün artımını Cənubi Amerikada kokain istehsalının genişlənməsi ilə əlaqələndirirlər. “The Washington Post” qəzetinin yazdığına görə, Cənubi Amerikada kokain istehsalı son on ildə iki dəfə çoxalıb. Dünya tarixində ən məşhur narkobaronlardan biri olan Pablo Eskobarın vəfat etdiyi 1993-cü ildən bəri koka kollarının becərildiyi sahə 5 dəfə artıb. Kolumbiyadakı siyasi dəyişikliklər və ticarətə nəzarətin siyasi maraqları olmayan yeni qruplara keçməsi narkotiklərin yayılmasına səbəb olub.

İsveç xüsusilə limanları və logistika marşrutları vasitəsilə “Avropa kokain tədarükü zənciri”ndə əhəmiyyətli bir halqaya çevrilir. Narkotiklərin əksər hissəsi qanuni konteyner daşımaları vasitəsilə gəlir. Gömrük əməkdaşlarının sözlərinə görə, bir konteyner daşımalarının tam yoxlanılması altı nəfərin tam iş gününü tələb edir, bu isə bütün axının yalnız kiçik bir hissəsidir. Artan təhlükə ilə effektiv mübarizə aparmaq üçün İsveçin beynəlxalq əməkdaşlığın gücləndirilməsi və gömrük və polis xidmətləri üçün resursun artırılmasına ehtiyacı var.

Mütəxəssislər qeyd edirlər ki, kokain artıq sırf varlılar üçün narkotik deyil. Qiymətlərin aşağı salınması onu daha geniş əhali kütləsi üçün əlçatan edib ki, bu da hüquq-mühafizə orqanlarında narahatlıq doğurur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Yanvar 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri