İsveç millisinin hücumçusu: Verilən tapşırığın öhdəsindən layiqincə gəldik
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Verilən tapşırığın öhdəsindən layiqincə gəldik.
Bunu "Report"un Solna şəhərinə ezam olunan əməkdaşına açıqlamasında İsveç millisinin futbolçusu Viktor Dyekereş deyib.
O, Millətlər Liqasında Azərbaycan yığmasına böyük hesabla qalib gəldikləri matç barədə danışıb:
"Düşünürəm ki, oyunumuz çox yaxşı alındı. Möhtəşəm gün alındı. Bol qollu qələbə qazanmaq istəyirdik, əsas hədəfimiz bu idi. Verilən tapşırığın öhdəsindən layiqincə gəldik".
26 yaşlı hücumçu İsveç yığmasındakı qollarının sayını artırmaq istədiyini bildirib:
"Azərbaycanla matçda 4 qol vurdum. Təbii ki, bu mənim üçün olduqca xoşdur. Millidə bundan sonra daha neçə qol vuracağımı zaman göstərəcək".
Qeyd edək ki, "Stroberri Arena"da baş tutan C Liqasının matçında Azərbaycan yığması İsveçə 0:6 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 20 Noyabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















