Azərbaycan millisinin qapıçısı: İşimizin öhdəsindən layiqincə gəldik
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycan millisinin qapıçısı Ağaseyid Qasımov minifutbol üzrə dünya çempionatında finala yüksəldikləri üçün xoşbəxt olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, o bunu Monteneqro ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Qolkiper qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Çempion olmağımız üçün 1 oyun qalıb. Qələbədən başqa bir şey düşünmürük. Dünən keçirdiyimiz İngiltərə ilə matçdan sonra komandada az miqdarda yorğunluq var idi. Bununla belə, işimizin öhdəsindən layiqincə gəldik. Qol vurmaq çox gözəl hissdir. Əsas odur ki, millimiz qalib gəlsin. Hər birimiz bunun üçün çalışırıq".
Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda Monteneqroya 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 30 May 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















