İsveç və Finlandiya vətəndaşlarına xüsusi təlimatlar keçilir KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
NATO müttəfiqləri İsveç və Finlandiya vətəndaşlarına müharibədən necə sağ çıxacaqlarına dair yeni təlimat keçməyi planlaşdırır.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, hər iki dövlət NATO-ya yeni üzv olub. Onların NATO-ya daxil olduğu müddət ərzində bir çox Avropa ölkələri regionda uzunmüddətli təhlükəsizliyi gücləndirmək üçün hərbi xərclərini artırıblar. Skandinaviya ölkələrində milyonlarla evə paylanmış bukletlərə hərbi münaqişələrin, rabitənin və elektrik enerjisinin kəsilməsinin, habelə ekstremal hava hadisələrinin təsirlərinə necə hazırlaşmaq barədə təlimatlar daxildir. Su və ərzaq ehtiyatlarının necə saxlanılması barədə sakinlərə məsləhətlər verilir. Broşüralarda həmçinin valideynlər və baxıcılar üçün tövsiyələr, uşaq bezlərinin, dərmanların və uşaq qidalarının saxlanması barədə göstərişlər yer alır.
İsveç Mülki Fövqəladə Hallar Agentliyinin məlumatına görə, İsveç hökuməti noyabrın 18-dən etibarən iki həftə ərzində beş milyon ailəyə “Om krisen eller kriget kommer (Böhran və ya müharibə gələrsə)” paketini paylamağa başlayıb. Deyəsən Baydenin Rusiyanı vurmaq haqqında bəyanatından sonra Avropada müharibə əhval ruhiyyəsi baş qaldırıb.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Noyabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















