Icma.az
close
up
RU
525ci qəzet Finlandiya və İsveç müharibəyə hazırlaşır?

525ci qəzet Finlandiya və İsveç müharibəyə hazırlaşır?

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaqani CƏFƏRLİ

Rusiya-Ukrayna müharibəsinin 1000 günü geridə qalsa da, münaqişənin şiddəti azalmaq əvəzinə artmaqdadır. Bu isə müharibənin daha geniş coğrafiyaya yayılma ehtimalın artırır. Bu ehtimalın artması isə Rusiya ilə qonşu olan Avropa dövlətlərini təhlükəsizliklərini təmin etmək üçün bir sıra addımlar atmağa vadar edir.

Finlandiyanın Daxili İşlər Nazirliyi vətəndaşların müxtəlif növ böhranlara və hərbi münaqişələrə hazır olmasını təmin etmək üçün nəzərdə tutulmuş yeni internet saytı açıb. Bu saytda fövqəladə hallarda insanların nə etməli olduğuna dair təlimatlar var. Daxili İşlər Nazirliyinin xilasetmə xidmətlərinin baş direktoru Kimmo Kohvakka bu cür hazırlığı "indiki qlobal vəziyyətdə lazım olan vətəndaş bacarığı" adlandırıb. "İndiki qlobal vəziyyət" ifadəsi altında isə Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəsi nəticəsində Avropa qitəsində yaranmış böhranın nəzərdə tutulduğu şübhəsizdir.

Saytda deyilir ki, düşmən tərəflər hətta hərbi gücdən istifadə etmədən də çoxsaylı zərərli hərəkətlərlə milli təhlükəsizliyi təhdid edə bilərlər.

Qeyd edək ki, bundan öncə Finlandiya təhlükəsizlik tədbiri olaraq Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayıb. Eyni zamanda Finlandiya ərazisində NATO-nun zirehli briqadasını yerləşdirməsi  ilə bağlı qərar verilib. Finlandiya Estoniya ilə birlikdə Baltik dənizində rus donanmasının qarşısını almaq planı hazırlamağa başlayıb.

Finlandiyanın keçmiş prezidenti Sauli Niinistö səlahiyyət müddəti başa çatmazdan öncə təşəbbüslə çıxış edərək Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən Avropa İttifaqının müxtəlif böhranların öhdəsindən gəlmək qabiliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələri nəzərdə tutan hesabat hazırlamağı xahiş etmişdi.

Finlandiya ilə yanaşı, İsveçdə də hökumət oxşar tədbirlər görməyə başlayıb. İsveç hökuməti "Böhran və ya müharibə vəziyyətində" vətəndaşların hazırlığını təmin edəcək yenilənmiş broşür hazırlayıb. İsveç rəsmiləri bildiriblər ki, bütün vətəndaşlar broşuranı qarşıdakı iki həftə ərzində poçtla alacaq. Bununla yanaşı, "Böhran və ya müharibə vəziyyətində" vətəndaşların hazırlığını təmin edəcək yenilənmiş broşüranın elektron versiyası da bir neçə dilə çevrilib.

İsveç hökuməti bu addımı son illər dünyada vəziyyətin kəskin şəkildə pisləşməsi ilə izah edir. İsveçin NATO-ya üzvlüyü də bununla izah olunur və Şimali Atlantika Alyansına üzvlük məcburi addım kimi dəyərləndirilir. İsveç Fövqəladə Halların İdarə Olunması Agentliyinin yaydığı açıqlamada deyilir ki, "Böhran və ya müharibə vəziyyətində" broşürünün dərc edilməsi də dünyada yaranmış vəziyyətlə əlaqədardır. Broşürdə qeyd edilir ki, əgər bizə hücum edilərsə, hər kəs İsveçin müstəqilliyini və demokratiyamızı müdafiə etməyə kömək etməlidir.

Belə görünür ki, Avropada böyük müharibə ehtimalı azalmaq əvəzinə artır. Yaranmış vəziyyət Rusiyanın qonşularını daha pis ehtimalların, müharibənin daha geniş coğrafiyaya yayılmaq ehtimalına hazır olmağa vadar edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri