Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

İsveç və Finlandiyada belə müəllim dərhal işdən çıxarılır, cinayət işi başlanılır, bizdə isə... AÇIQLAMA

İsveç və Finlandiyada belə müəllim dərhal işdən çıxarılır, cinayət işi başlanılır, bizdə isə... AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"112 nömrəli məktəbdə ibtidai sinif müəlliminin şagirdin ağzını "skoçla bağlaması hadisəsi həm pedaqoji, həm də hüquqi baxımdan ciddi şəkildə qəbuledilməz və zərərli davranış nümunəsidir. Bu cür davranış təkcə müəllimin etik sərhədləri aşması deyil, eyni zamanda uşaq hüquqlarının pozulması, psixoloji travmanın yaranması və məktəbin təhlükəsiz mühit statusunun zədələnməsi deməkdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakı şəhəri 112 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı danışarkən bildirdi.

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30-cu maddəsində müəllimin əsas vəzifələri sırasında “şagirdlərin ləyaqətini qorumaq, onların psixoloji və fiziki təhlükəsizliyini təmin etmək, şəxsiyyətinə hörmətlə yanaşmaq” kimi müddəalar açıq şəkildə göstərilib. Müəllim tərəfindən fiziki və ya psixoloji zorakılığa yol verilməsi, xüsusilə ibtidai sinif yaşında olan uşaq üçün, onun gələcək inkişafına, məktəbə münasibətinə və sosial emosional tarazlığına ciddi mənfi təsir göstərə bilər. Bu yaş dövründə uşaqlar müəllimə tam güvən duyaraq, onu birinci sosial avtoritet kimi qəbul edirlər. Belə bir zorakı davranış bu güvənin sarsılması, qorxu, utanc və travma ilə nəticələnə bilər.

Digər tərəfdən, Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun 19-cu maddəsinə əsasən, hər bir uşağın fiziki və psixoloji zorakılıqdan, qəddar və insan ləyaqətini alçaldan münasibətdən qorunmaq hüququ var. Uşağın ağzını "skoç"la bağlamaq kimi davranış isə sadəcə etik deyil, həm də hüquqi baxımdan cinayət məsuliyyəti doğura biləcək bir hərəkətdir. Bu tip hadisələrə hüquqi orqanlar tərəfindən araşdırma aparılmalı və qanunvericiliyə uyğun olaraq adekvat tədbirlər görülməlidir".

Ekspert qeyd etdi ki, müəllimin belə davranışını bəzən “intizam yaratmaq cəhdi” kimi təqdim etməyə çalışanlar olsa da, bu, tamamilə yanlış və təhlükəli yanaşmadır. 

"Pedaqogika zorakılığı deyil, əməkdaşlıq və empatiya üzərində qurulmalıdır. Davranış pozuntularının qarşısı ancaq şagirdlə açıq ünsiyyət, psixoloq dəstəyi, valideynlərlə koordinasiya və müasir təlim-tərbiyə metodları ilə alına bilər. Fiziki müdaxilə və ya zor tətbiqi məktəb mühitini etimadsız və travmatik yerə çevirir, bu isə son nəticədə həm müəllim, həm məktəb, həm də ümumi təhsil sistemi üçün etibar itkisinə səbəb olur.

Dünya təcrübəsində bu cür hallara ciddi yanaşılır. Məsələn, İsveçdə və Finlandiyada müəllim tərəfindən uşağa qarşı fiziki və ya psixoloji zorakılıq halları aşkarlandıqda, müəllim dərhal vəzifədən uzaqlaşdırılır və müstəqil psixoloji və hüquqi araşdırma aparılır. Bu ölkələrdə müəllim-pedaqoq kodeksləri, həmçinin etik şuralar belə hadisələrə “tolerans sıfır” prinsipilə yanaşır".

K.Əsədovun sözlərinə görə, bu, hadisə  göstərir ki, Azərbaycan təhsil sistemində yalnız proqram və imtahan məsələləri deyil, məktəb mühitinin psixoloji təhlükəsizliyi və müəllimlərin etik-pedaqoji hazırlığı da diqqət mərkəzində olmalıdır. 

"İxtisasartırma kursları və pedaqoji təlimlər sadəcə fənn bilikləri ilə deyil, uşaqlarla ünsiyyət, psixoloji davranış, stressin idarə olunması kimi vacib sahələrlə zənginləşdirilməlidir. Həmçinin məktəblərdə psixoloqların rolu artırılmalı, valideyn və müəllimlərlə davranış yönümlü seminarlar mütəmadi keçirilməlidir.

Bu hadisə ictimai qınaqdan daha çox sistemli dəyişiklik və məsuliyyət mexanizmlərinin yaradılmasını tələb edir. Uşaq hüquqları hər bir vətəndaş və dövlət üçün prioritet olmalıdır. Müəllim isə bu hüquqların qoruyucusu olmalı, zərərvuran tərəf olmamalıdır. Əks təqdirdə, müəllim imicinə, məktəb mühitinə və gələcək nəsillərə bərpası çətin olan zərbə vurulmuş olur",- deyə ekspert vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri