İsveçdə azərbaycanlı tələbə və məzunların IV sosial yığıncağı keçirilib
Icma.az, Report.az portalına istinadən məlumat verir.
İsveçin Malmö şəhərində “İsveçdə tələbə və məzunların IV sosial yığıncağı” adlı tədbir keçirilib.
"Report" xəbər verir ki, bundan əvvəl Stokholm, Lund və Yöteborq şəhərlərində keçirilmiş ənənəvi tədbirin əsas məqsədi İsveçdə təhsil alan və təhsilini başa vuran şəxslər arasında əlaqələri genişləndirmək, sosiallaşmaq və müxtəlif əhəmiyyətli mövzular ətrafında müzakirələr aparmaqdır.
Toplantı iştirakçıların Malmö şəhər muzeyinə səfəri ilə başlayıb. İştirakçılar Malmö muzeyində şəhərin tarixi, mədəniyyəti və yerli xüsusiyyətləri ilə tanış olublar.
Tədbirdə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov COP29 və digər beynəlxalq tədbirlərdə Azərbaycan gənclərinin uğurlu fəaliyyətini qeyd edib.
Tədbir çərçivəsində “Naxçıvan İli” çərçivəsində çəkilmiş Mikael Silkeberqin “Nuhun izləri” adlı filminin nümayişi olub. Qeyd edək ki, “Nuhun izləri” filmi Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının layihəsi çərçivəsində Naxçıvanda çəkilib. Film Naxçıvan və onun qədim tarixindən bəhs edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 08 Dekabr 2024 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















