Icma.az
close
up
RU
İsveçdə azərbaycanlı tələbə və məzunların 4cü yığıncağı keçirilib AZƏRTAC

İsveçdə azərbaycanlı tələbə və məzunların 4cü yığıncağı keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Stokholm, 8 dekabr, Nərgiz Cəfərli, АZƏRTAC

İsveçin Malmö şəhərində “İsveçdə tələbə və məzunların IV sosial yığıncağı” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “İsveç Tələbə və Məzun Şəbəkəsi Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın İsveçdəki səfirliyi ilə əməkdaşlığı və maliyyə dəstəyi çərçivəsində reallaşıb.

Tədbirdə İsveçin 7 şəhərindən İctimai Birliyin 40 üzvü iştirak edib.

Tədbirin əsas məqsədi İsveçdə təhsil alan və təhsilini başa vurmuş şəxslər arasında əlaqələri genişləndirmək, sosiallaşmaq və müxtəlif əhəmiyyətli mövzular ətrafında müzakirələr aparmaqdır.

Sosial yığıncaq iştirakçıların Malmö şəhər muzeyinə səfəri ilə başlayıb və burada iştirakçılar şəhərin tarixi, mədəniyyəti və yerli xüsusiyyətləri ilə tanış olublar.

İctimai Birliyin İdarə Heyəti üzvləri İlhamə Hüseynova və Günel Əliyeva iştirakçılara təşkilatın tarixi, fəaliyyət istiqamətləri və keçirilən sosial tədbirlərin məqsədləri barədə məlumat verilib, eləcə də Birliyin həmtəsisçisi Rahil Məmmədov təşkilatın dövlətimizin gənclər siyasətinə verdiyi töhfələrdən bəhs edib və gənclərin bu prosesdə fəal iştirakçılığı üçün çağırış edib. Bundan sonra Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov təşkilatın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb və ölkəmizin inkişafı yolunda gənclərin rolu və gənclər siyasəti üzrə mühüm məsələlərə toxunub, COP29 və digər beynəlxalq tədbirlərdə Azərbaycanın uğurlu fəaliyyətini qeyd edərək gənclərin bu istiqamətlərdə daha fəal olacağı ilə bağlı ümidlərini ifadə edib.

Çıxışlardan sonra “Naxçıvan İli” çərçivəsində çəkilmiş Mikael Silkeberqin “Nuhun izləri” adlı filminin nümayişi olub. Tədbir iştirakçıları film və digər mövzular ətrafında müzakirələr apardıqdan sonra Azərbaycanın və İsveçin tarixi, mədəniyyəti və ümumi bilikləri əhatə edən mövzulara həsr edilmiş intellektual oyunda iştirak ediblər. İntellektual oyunun qalibləri olmuş Miradil Zeynallı, Səmid Hacıyev və Aytac Alməmmədova mükafatlandırılıblar.

Qeyd edək ki, “İsveç Tələbə və Məzun Şəbəkəsi Azərbaycan” İctimai Birliyi İsveçdə təhsil almış və hazırda təhsil alan azərbaycanlıları bir araya gətirmək, onların maraq və əlaqələrini genişləndirmək, o cümlədən Azərbaycanda və İsveçdə təhsil, elm, biznes, texnologiya, davamlı inkişaf və mədəniyyət sahələrində akademik və sosial layihələr təşkil etmək məqsədi daşıyan qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri