Icma.az
close
up
RU
İsveçdə dövlət qulluqçuları iqlim naminə anonim şəbəkədə birləşirlər

İsveçdə dövlət qulluqçuları iqlim naminə anonim şəbəkədə birləşirlər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Stokholm, 18 aprel, AZƏRTAC

İsveçdə 60-dan çox dövlət qulluqçusu qeyri-rəsmi və anonim iqlim fəalları şəbəkəsində birləşib.

AZƏRTAC xəbər verir ki, buna səbəb Energetika Agentliyinin əməkdaşının iqlim böhranına diqqəti cəlb etmək üçün üzvləri ictimai yerlərdə mahnı oxuyan və toxuyan “Rebellmammorna” (“Üsyankar analar”) hərəkatının dinc aksiyalarında iştirakından rəhbərliyin xəbər tutmasından sonra onun işdən qovulması olub. Şəbəkə üzvləri repressiyalardan ehtiyatlanır və öz fəaliyyətlərini ictimailəşdirməməyə çalışırlar.

Şəbəkəyə İsveç Hidrologiya və Meteorologiya İnstitutu, Karolinska İnstitutu, İctimai Səhiyyə Agentliyi, Nəqliyyat Administrasiyası və digərləri kimi 18 müxtəlif dövlət qurumunun nümayəndələri daxildir. Əsas məqsədlər iş yerlərində tullantıları azaltmaq, hökumət strukturlarında iqlim gündəmini təbliğ etmək və şəxsi iqlim fəallığında bir-birinə dəstək olmaqdır.

İştirakçıların bir çoxu bildirir ki, onlar daha aşağı vəzifələrə köçürmələrdən tutmuş qeyri-rəsmi təzyiqlərə qədər öz fəaliyyətlərinin nəticələri ilə üzləşiblər. Bəziləri açıq şəkildə “Extinction Rebellion” (“Nəsil kəsilməsinə üsyan”) və digər hərəkatlarda iştirak edir, həm də bunun onların elmi və ya peşəkar missiyasının davamı olduğunu vurğulayırlar.

"Elmi işlərim vasitəsilə mövcud ekzistensial böhranın miqyasını dərk etdim. Belə qənaətə gəldim ki, biz sadəcə elmi jurnallarda məqalələr dərc etdikcə və konfranslarda çıxış etdikcə, alimlərə məhəl qoyulmur. Amma mən təkcə alim deyiləm, həm də uşaqlarımız və nəvələrimizin yaşaması üçün onlara yararlı planet miras qalması uğrunda mübarizə apardığıma görə gizlənməyə məcbur olan bir anayam”, -deyə aksiyalarda mütəmadi iştirak edən İsveç Kənd Təsərrüfatı Universitetinin (SLU) tədqiqatçısı qeyd edir.

Adətən, işəgötürənlər işçilərin fikirlərini ifadə etmək hüququnu qəbul edirlər, amma məxfi məlumatlara çıxışı olan vəzifələr üçün mümkün məhdudiyyətləri də diqqətə çatdırırlar. ST Həmkarlar İttifaqı ideoloji əsaslarla işdən çıxarılmanın Konstitusiyaya zidd olduğunu əsas gətirərək dövlətə qarşı iddia qaldırıb.

Qeyd edək ki, mart ayında BMT-nin ekologiya fəallarının hüquqları üzrə xüsusi məruzəçisi Mişel Forst İsveç hakimiyyətinin vətəndaş iqlim hərəkatına yanaşmasını tənqid edib. Onun fikrincə, fəallar davamlı gələcəyə keçiddə əsas rol oynayırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri