Icma.az
close
up
RU
Qadınlar sülh naminə birləşirlər

Qadınlar sülh naminə birləşirlər

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Müharibələr dəhşətli faciələr, qan-qada, ölüm-itim, aclıq, səfalət deməkdir. Bundan ən çox təsirlənən isə cəmiyyətlərin daha həssas təbəqəsi sayılan qadınlardır. Buna görə də zəriflik simvolu olan qadınlar müharibələr zamanı sülh naminə birləşərək əmin-amanlığa, həmrəyliyə çağırışlar edirlər.

Dünyada qadınların əvəzsis sülh missiyası yerinə yetirdiklərini bu günlərdə böyük uğurla keçən V Antalya Diplomatiya Forumu bir daha təsdiqlədi. Forum çərçivəsində “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclas təşkil olunub. Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər.

BMT həyəcan təbili çalır

Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçirilən tədbir Fələstinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb. Uzun illər davam edən regional gərginlik Fələstində humanitar sahəyə, o cümlədən uşaqların həyatına, təhsil sisteminə  ciddi xələl gətirib. 2023-cü ilin payızında Qəzza zolağında başlayan hərbi əməliyyatlar zamanı bölgədə bir insanlıq faciəsi yaşanıb -  müharibə 70 mindən çox insanın həyatına son qoyub, yaşayış məntəqələri, mülki infrastruktur tamamilə dağıdılıb, yüz minlərlə dinc sakinin ən zəruri ehtiyaclarının ödənilməsində böyük çətinliklər yaranıb.

Uşaqların vəziyyəti daha acınacaqlıdır.  Fələstin Təhsil və Ali Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, hərbi əməliyyatlar  nəticəsində 17 mindən çox məktəbyaşlı uşaq həyatla vidalaşıb. Hava zərbələri və dağıntılar nəticəsində yaralananların sayı isə 26 mini ötüb. Paralel şəkildə, İordan çayının qərb sahilində, Fələstin Muxtariyyətinin nəzarətində olan ərazilərdə baş verən silahlı münaqişələr nəticəsində onlarla yeniyetmə həlak olub və yaxud yaralanıb.

Eyni zamanda, çoxlu sayda təhsil müəssisəsi tamamilə və yaxud qismən dağıdılıb. Yaranmış vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) həyəcan təbili çalır. BMT-nin təhsil hüququ üzrə xüsusi məruzəçisi Fəridə Şahid bildirib ki, “Qəzzada məktəblərin 90 faizindən çoxu tamamilə və ya qismən dağıdılıb və artıq istifadəyə yararlı deyil.

Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, qızı Leyla Əliyevanın qatıldıqları panel müzakirəsində çıxış edənlər müharibənin təsirlərinə məruz qalan uşaqlar üçün təhlükəsiz təhsil mühitinin bərpası, dəstək mexanizmlərinin gücləndirilməsi və təhsildə davamlılığın təmin edilməsinin regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək, tədbirdə veriləcək mesajların dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin qurbanı olan uşaqlar üçün yeni bir həyatın ümid işığı olacağına əminliyini vurğulayıb. O, uşaqların və gənclərin bir millətin ümidi və sabahı olduğunu deyərək, zorakılığı təşviq edən ən xırda amillə belə qətiyyətlə mübarizə aparmağın mühüm roluna toxunub.

Azərbaycan biganə qalmır

Azərbaycan müharibənin fəsadlarını yaşayan ölkədir. Ermənistanın otuz il davam edən təcəvüzkarlıq siyasəti nəticəsində  doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalan bir milyondan çox soydaşımız yarımçıq tikililərdə, vaqonlarda, çadırlarda məskunlaşıblar və sözün əsl mənasında humanitar böhran yaşayıblar. Buna görə də xalqımız Fələstinin üzləşdiyi çətinliklərə, Qəzzada baş verənlərə biganə qalmır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2023-cü il noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının Türkiyədə baş tutan “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına ünvanladığı müraciətində uzun illər boyunca davam edən regional münaqişədən ciddi narahatlığını ifadə edərək vurğulayıb: “İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi narahatlıq doğurur. Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır. Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür. Hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsi zəruridir”.

Mehriban xanım Əliyevanın vurğu etdiyi kimi, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə Fələstin məsələsinə daim diqqət ayırıb. 2023-cü ildə Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafında mühüm rol oynayır.

Bütövlükdə son on il ərzində ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərib. Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək mümkündür. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Bundan başqa, ölkəmizin vəsaiti hesabına  Fələstinin Nablus şəhərində 600 şagirdlik yerlik məktəbin inşası reallaşacaq.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Aprel 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri