Icma.az
close
up
RU
İsveçdə ilk dəfə olaraq şəkərli diabetin müalicəsində hüceyrə terapiyası istifadə edilib AZƏRTAC

İsveçdə ilk dəfə olaraq şəkərli diabetin müalicəsində hüceyrə terapiyası istifadə edilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Stohholm, 10 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç alimləri 1-ci tip diabetin müalicəsi istiqamətində mühüm addım atıblar.

AZƏRTAC xəbər verir ki, dünyada ilk dəfə olaraq bu xəstəliyə yoluxmuş xəstəyə immunosupressiv preparatların istifadəsini tələb etməyən genetik modifikasiya olunmuş hüceyrələr köçürülüb. Bu kəşf yeni, təhlükəsiz və effektiv müalicə metodunun işlənib hazırlanması üçün əsas ola bilər.

İsveçdə 50 minə yaxın insan 1-ci tip şəkərli diabetdən əziyyət çəkir, onların əksəriyyəti qan şəkəri səviyyəsinə nəzarət etmək üçün insulin iynələri və ya nasoslardan istifadə edir. Xəstəliyin ağır formaları olan xəstələr üçün insulin istehsal edən hüceyrələrin transplantasiyası imkanı var, lakin ömürlük immunosupressantlara ehtiyac infeksiyalar, xərçəng və böyrək problemləri kimi mümkün fəsadlar səbəbindən bu üsulu riskli edir.

Uppsala Universitetində professor Pe-Ola Karlssonun rəhbərlik etdiyi tədqiqat qrupu yeni yanaşma işləyib hazırlayıb. Onlar CRISPR-Cas12b texnologiyasından istifadə edərək donor hüceyrələrini modifikasiya ediblər ki, immun sistemi onları yad kimi tanımasın. Eksperimentdə iştirak edən xəstə, immuniteti zəiflədən preparatlar qəbul etmədən bazu önü (dirsəklə pəncə arasındakı hissə) əzələlərinə yerləşdirilən hüceyrələr əldə edib. Bir aydan sonra hüceyrələr fəaliyyət göstərir və insulin istehsal edir ki, bu da onların qəbul olunduğunu göstərir.

Tədqiqatın növbəti mərhələsi donor hüceyrələrin sayı məhdud olduğundan hüceyrələrin kütləvi istehsalı texnologiyasının hazırlanmasıdır.

Əgər gələcək tədqiqatlar eyni dərəcədə uğurlu nəticələr göstərsə, yeni hüceyrə terapiyası 1-ci tip diabet üçün inqilabi müalicəyə çevrilə bilər. Onun 5-10 il ərzində geniş istifadə olunacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 04:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri