Icma.az
close
up
RU
Şəkərli diabetin yaranmasının səbəbi

Şəkərli diabetin yaranmasının səbəbi

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəkərli diabet xəstəliyi bir günün içərisində meydana gəlmir. Əgər kimsə bu gün şəkər xəstəsidirsə, deməli, onun xəstəliyinin əsası on il əvvəl qoyulub.

Ona görə ki, “insulin dirənci” adlandırılan hal on il əvvəldən başlayır və sonralar inkişaf edərək kliniki diabetə çevrilir. Diabet mədəaltı vəzinin sintez etdiyi insulin hormonunun azalması və təsirsizliyi ilə əlaqədar olaraq meydana çıxan xəstəliklər qrupudur.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa və Amerika Endokrinologiya Cəmiyyətinin üzvü Hidayət Məmmədzadə məlumat verərək deyib: “Şəkərli diabetin gizli inkişaf etdiyi mərhələyə prediabet deyilir. Orqanizmdə piylənmə artdıqca şəkərli diabet də artır. “Diabezite” deyilən bir anlayış mövcuddur, yəni şəkərli diabet və piylənmə iç-içə xəstəliklərdir.

Həkim-endokrinoloq daha sonra deyib: “Hər dəfə şirin qida qəbul etdikdə həmin dəqiqə qan şəkəri yüksəlir. Şəkər toksiki bir maddədir və orqanizm həmin maddəni neytrallaşdırmaq üçün insulin hormonunu dövriyyəyə qoşur. Artmış insulin hormonu insanın insulin müqavimətinin və piylənməsinin çoxalmasının səbəbidir, çünki insulin qlükozanı yağa çevirib depolayan yeganə hormondur. İnsulin qlükozanı qlükogenə və yağlara çevirir. Həmin yağlar qaraciyərdə, daxili orqanların ətrafında və mədəaltı vəzidə toplanır. Şəkərli qidalar qəbul edilən zaman ifraz olunan qlükoza qanda iki saat müddətində qala bilir. Hər dəfə qida qəbul etdikdə qalxanabənzər vəzi qamçılanır və insulin hormonu sintez olunur. Yüksək insulin isə piylənmənin və bir sıra digər xəstəliklərin səbəbidir. İnsulin sintezinin qarşısını almaq üçün orqanizmə daxil olan qida qəbulunu azaltmaq lazımdır. Əlbəttə, orqanizmin vitaminlərə, minerallara, suya, yağlara, zülallara və karbohidratlara ehtiyacı var. Sadəcə olaraq, müasir insanın qida rasionunda karbohidratların miqdarı o qədər çoxdur ki, digər qidaları sıxışdıraraq onların yerini tutub.

Orta çəkili insanın bədənində 5 litr qan var. Qanın tərkibində isə cəmi 5-6 qram şəkər olur. Bu isə o deməkdir ki, gün ərzində bir çay qaşığı şəkər qəbul edilməsi kifayətdir. Bunun əksinə olaraq, bir gündə davamlı olaraq müxtəlif formada qlükoza alanda mədəaltı vəzi mütəmadi olaraq insulin sintez etməli olur”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri