Icma.az
close
up
RU
İsveçdə kişi və qadın arasında bərabərlik əlçatmaz olaraq qalır

İsveçdə kişi və qadın arasında bərabərlik əlçatmaz olaraq qalır

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son iyirmi il ərzində İsveç cəmiyyətində qadınlar və kişilərin bərabər imkanlarının təmin edilməsi hədəfinə nail olmaq üçün siyasət aparılır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bununla belə, bir sıra sahələrdə inkişaf dayanıb və gender bərabərliyi əlçatmaz olaraq qalır.

Ölkədə 5,26 milyon qadın yaşayır. Son onilliklərdə bərabərlik məsələlərində əhəmiyyətli irəliləyişlər əldə olunub, lakin Gender Bərabərliyi Agentliyinin (Jämställdhetsmyndigheten) təhlilinə əsasən proses dayanıb.

Siyasətdə, məsələn, bələdiyyə səviyyəsində qadınların payı son 25 ildə təxminən 40 faizə bərabərdir. İqtisadi baxımdan qadınlar hələ də kişilərdən ayda təxminən 4 min kron (təxminən 380 dollar) az qazanırlar, əməkhaqqında 10 faizlik fərq isə 2019-cu ildən bəri dəyişməz olaraq qalır.

Ən böyük bərabərsizlik kapital sferasında müşahidə olunu. Kişilərin orta gəliri qadınlardan iki dəfə çoxdur. Qadınlar 2023-cü və 2024-cü illərdə səhmlərindən daha yüksək gəlir əldə etsələr də, ümumi bazar kapitalının yalnız üçdə birinə sahibdirlər.

Qadınlar təhsildə kişilərdən daha yaxşı nəticələr göstərirlər. Universitet tələbələri arasında qadınlar daha çoxdur və bu tendensiya ötən əsrin 70-ci illərindən bəri davam edir. Bununla belə, elmi araşdırmalar səviyyəsində vəziyyət bərabərləşir, 2023-cü ildə isə hər üç professordan yalnız biri qadın idi.

Qadınların işsiz qalma ehtimalı daha çoxdur. Onlar əsasən səhiyyə və təhsil sahələrində çalışırlar, burada maaşlar daha aşağıdır, iş şəraiti isə ənənəvi kişi peşələrinə nisbətən daha pisdir.

İsveçdə doğum səviyyəsi tarixi minimuma çatıb: orta hesabla hər qadına 1,43 uşaq düşür. İlk dəfə ana olanların orta yaşı 30,4 yaşa yüksəlib. Kişilərdən fərqli olaraq qadınlar uşaqlara qulluq üçün ödənişli uşağa qulluq günlərinin üçdə ikisini, eləcə də xəstə uşaq baxımı günlərinin əksəriyyətini götürürlər.

Maliyyə asılılığı ciddi problem olaraq qalır. Qadınların əksəriyyəti partnyorundan ayrılarsa, evlərini saxlaya bilməyəcəklərini bildirir.

Qadınlar orta hesabla kişilərdən üç il daha çox yaşayırlar. Bununla belə, daha çox kişi sağlamlıqlarını yaxşı və ya çox yaxşı kimi qiymətləndirir, halbuki onlar həyəcan, narahatlıq və psixi pozğunluqlardan əziyyət çəkirlər.

Bundan əlavə, İsveçdə qadınlar kişilərə nisbətən daha tez-tez xəstəliyə görə məzuniyyət götürürlər ki, bu da yaşayış və iş şəraitindəki fərqləri əks etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Mart 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see236

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see188

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see179

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see170

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see161

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see140

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see138

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see133

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see132

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see129

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see126

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see125

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see125

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see124

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see121

Pulum və evim yoxdur Saakaşvilidən qeyri adi müraciət

29 Sentyabr 2025 21:26see114

Tramp kilsəyə hücumdan yazdı...

29 Sentyabr 2025 02:02see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri