Icma.az
close
up
RU
Əlçatmaz arzular reallığa çevirlir

Əlçatmaz arzular reallığa çevirlir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ağ Evdə keçirilən bu tarixi görüş Azərbaycanın tərcümeyi-halında ən mühüm, ən şərəfli səhifələrdən biridir. Zəfər və əzmimizin siyasət meydanında qürurla taclandırılan zirvə məqamıdır. Vaşinqtonun bu iki Cənubi Qafqaz ölkəsi arasında uzunmüddətli və davamlı sülhə nail olunması üçün göstərdiyi təşəbbüslər Tramp administrasiyasının hakimiyyətə gəlişiylə başlamışdı. Ağ Evdə baş tutan bu üçtərəfli görüş Prezident Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində birbaşa və ilk iştirakı ilə oldu.

Görüşdə əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh sazişinin prinsiplərini müəyyən edən birgə bəyannamənin imzalanması və Vaşinqtonun dəstəyi ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi idi. Bu görüş əlbəttə ki, Azərbaycan–ABŞ strateji münasibətlərində, həm də Azərbaycan–Ermənistan sülh prosesində yeni bir mərhələnin başlanğıcına çevrildi. Xüsusilə, Azərbaycan və ABŞ liderlərinin regional əlaqəlilik, qabaqcıl texnologiyalara və süni intellektə iqtisadi investisiyalar, enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumu imzalaması irəli doğru inkişaf üçün çox mühüm addım sayılmalıdır. ABŞ-ın Azərbaycana yardımına uzun illər mane olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı ölkə başçımıza, Azərbaycan xalqına qarşı ən qiymətli, ən mühüm jestlərdən biridir.
Prezident Trampın iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın imzaladığıı Birgə Bəyannamə dünya tarixinin ən nadir hadisələrindəndir. Arxada 30 ildən artıq işğal dönəmi, müharibə ağrıları, tökülən qanlar, axıdılan göz yaşları. Nəhayət, bunların sonuclanma mərhələsindəyik. Şəhid oğularımızın ruhu şad olsun!
Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında bildirirdi ki, əsas prinsiplər razılaşdırılıb paraflandıqdan sonra tam sülh müqaviləsi üzərində işə başlamaq mümkündür. Vaşinqtonda imzalanacaq birgə bəyanat bu baxımdan mühüm strateji və geriyə yol qoymayan bir addımı ifadə eləyir. Bu bəyannamə həm Cənubi Qafqaz xalqlarının həyatında ən yeni mərhələnin başlanğıcı oldu.
Sülh gündəmindəki ən çətin məsələlərdən biri Zəngəzur dəhlizi adlandırılan Naxçıvana quru bağlantı mövzusu idi. Azərbaycan illərdir tələb edir ki, Azərbaycanla Naxçıvan arasında Zəngəzur bölgəsindən keçən yol “maneəsiz” olmalı, yəni Ermənistanın heç bir sərhəd və gömrük nəzarəti tətbiq etməməsi təmin edilməlidir. Dünənki tarixi görüş, Azərbaycan ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini təmin edərək Zəngəzur dəhlizinin reallaşmasını nəzərdə tutur.
Minsk Qrupu uzun illər Qarabağ münaqişəsinin vasitəçisi olsa da, zəfərimizi qazandığımız 2020-ci ildən sonra artıq gərəksiz və faydasız olduğu göz önündə idi. Nəhayət, ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə məktub ünvanlandı. Həmçinin 2026-cı ildə keçiriləcək referendumla Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının çıxarılması baş verəcək. Bununla da, tərəflərin sülh müqaviləsini imzalamasına heç bir maneə qalmayacaq.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması, mətnin özünün artıq tam razılaşdırıldığını təsdiqləyir. Paraflama müqaviləni imzalama ilə eyni olmasa da, sülhə doğru atılmış mühüm addımdır. Azərbaycan və Ermənistan indi yekun və dayanıqlı sülhün bir addımlığındadır.
Bütün bunlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin illərdən bəri apardığı dürüst, ləyaqətli, uzaqgörən siyasətinin şərəfli yükunudur. İlham Əliyevin bəşər tarixinin sülhə, harmoniyaya xidmət edən unikal liderlərindən oldu. Xalqına zəfərlə bərabər beynəlxalq miqyasda sözün çəkisi necə olur, - bunun qürurunu yaşatdı. Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü - İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirdi, ən əlçatmaz arzuları reallığa çevirməyi bacardı. Və bu yaxınlaşan uzaqlıqlardan artıq açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür.

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri