İraqda parlament seçkiləri ərəfəsində sükut günü başlayıb
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
İraqda Nümayəndələr Şurasına (parlament) 2005-ci ildən bəri sayca altıncı seçkilər ərəfəsində sükut günü başlayıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə İraqın Müstəqil Seçki Komissiyası məlumat yayıb.
Seçkilər noyabrın 9-da başlayacaq və ayın 11-nə qədər davam edəcək.
329 deputat mandatı uğrunda təxminən 7,8 min namizəd mübarizə aparacaq.
Ümumi səsvermə noyabrın 11-də baş tutacaq.
Sorğu məlumatlarına görə, hazırkı baş nazir Məhəmməd Şiya əs-Sudaninin rəhbərlik etdiyi hakim "Bərpa və İnkişaf" koalisiyası 50 mandat qazanacaq. Keçmiş hökumət başçısı Nuri əl-Malikinin "Hüquqi dövlət" blokunun 38 yer, parlamentin keçmiş spikeri Məhəmməd əl-Halbusinin rəhbərlik etdiyi "Takaddum" ("Tərəqqi") koalisiyasının isə 26 mandat qazanacağı gözlənilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 Noyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















