İsveçdə Quranı yandıran iraqlının öldürülməsinə görə saxlanılanlar azad edilib
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsveçdə Quranı yandıran iraqlı mühacir Salvan Momikanın qətlinə dair işi aparan prokuror istintaq çərçivəsində saxlanılan beş şübhəlinin azadlığa buraxılmasına qərar verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
"Onların cinayət törətdiyinə dair şübhələr azalıb və mən artıq insanları həbsdə saxlamaq üçün heç bir səbəb görmürəm", - ibtidai istintaqa rəhbərlik edən baş prokuror Rasmus Ohman bildirib.
Qeyd olunur ki, şübhələr tam aradan qaldırılmayıb, müstəntiqlər nə baş verdiyini və cinayətin arxasında kimin dayandığını öyrənməyə davam edirlər.
Xatırladaq ki, Quranı yandıran 38 yaşlı iraqlı qaçqın yanvarın 29-u axşam "TikTok"da canlı yayım edərkən yaşadığı binada öldürülüb. Yanvarın 30-da Stokholm Dairə Məhkəməsi Momika barəsində hökm çıxarmalı idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 01 Fevral 2025 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















