Icma.az
close
up
RU
İsveçdə Quranı yandırmaq təxribatları ilə tanınan Momika güllələnib

İsveçdə Quranı yandırmaq təxribatları ilə tanınan Momika güllələnib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

İsveçdə Quranı yandırmaq kimi təxribatlar törədən Salvan Momikanın güllələndiyi bildirilir.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, "Aftonbladet" qəzetinin məlumatına görə, 38 yaşlı Momika ötən gecə Södertälje şəhərində mənzildə güllələnib.

Salvan Momika "TikTok"da canlı yayım edərkən evində güllələnib. Məlumatı alan polis hadisə yerinə gedib və Momikanın cansız cəsədini aşkarlayıb. Polis şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

İsveçdə Quranın yandırılması ilə bağlı təxribatları həyata keçirən iraqlı Salvan Momika və Salvan Najemin nifrət cinayəti törətmək ittihamı ilə məhkəməsi yanvarın 16-da başlayıb.

Stokholm Bölgə Məhkəməsindən verilən açıqlamada, iki müttəhim Salvan Momika və Salvan Najemin dörd ayrı hadisədə Quranı yandıraraq "etnik və ya milli qrupa qarşı nifrət cinayəti törətmək" ittihamı ilə mühakimə olunduğu açıqlanıb. Məhkəmənin qərarını cümə günü, yanvarın 31-i saat 11:00-da elan edəcəyi gözlənilirdi.

Salvan Momika və Salvan Najem 28 iyun 2023-cü ildə paytaxt Stokholmda Qurban bayramının ilk gününə təsadüf edən Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıblar. Momika və Najem daha sonra polisin mühafizəsi altında Stokholmdakı İraq səfirliyi və İsveç parlamenti qarşısında Qurani-Kərimi yandırıb və İraq bayrağını bir neçə dəfə tapdalayıblar.

Momika 24 avqust 2023-cü ildə Stokholm məscidinin qarşısında Quranı yenidən yandırıb. Onun 2023-cü il sentyabrın 3-də Malmödə polisin himayəsi altında Quranı yandırmasından sonra etirazlar keçirilib və ona mane olmağa çalışan 15 nəfər saxlanılıb.

Momika sonuncu dəfə 21 oktyabr 2023-cü ildə Stokholmun mərkəzində İsrailə dəstək aksiyası keçirərək Qurani-Kərimi və Fələstin bayrağını yandırıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri