Icma.az
close
up
RU
İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm, 4 sentyabr, AZƏRTAC

İsveçdə keçiriləcək ümumi seçkilər ərəfəsində bu ölkənin siyasi partiyalarından namizədliyini irəli sürən daha iki azərbaycanəsilli namizədin olduğu məlum olub.

AZƏRTAC xəbər verir ki, namizədlər arasında İsveçin Mötədillər Partiyasını (Moderaterna) təmsil edən Aygün Ələkbərova və onun oğlu Rihad Ələkbərov da var.

A.Ələkbərova Elvkarlebyu kommunasının bələdiyyə şurasına namizədliyini irəli sürüb. O, yerli icmanın inkişafında və kommunanın sakinlərinin gündəlik həyatına birbaşa təsir göstərən məsələlərin həllində fəal iştirak etməyi qarşısına məqsəd qoyub.

R.Ələkbərov Evle şəhər bələdiyyə şurasına namizədliyini irəli sürüb və “Moderaterna” partiyasının namizədlər siyahısında altıncı yerdə qərarlaşıb. O, həmçinin Mötədil Koalisiya Partiyasının Gənclər Birliyinin (MUF) yerli bölməsinə rəhbərlik edir.

Onun cəmi 18 yaşı var və bu, onu qarşıdakı seçkilərin ən gənc namizədlərindən birinə çevirir. O, siyasi fəaliyyətinin əsas istiqamətlərindən birini təhsil hesab edir. Onun fikrincə, gənclərin keyfiyyətli təhsilə və gələcək inkişafları üçün əlverişli şəraitə çıxışı olmalıdır. O, gənclərin məzmunlu və faydalı asudə vaxt keçirməsi üçün imkanların genişləndirilməsini də prioritet hesab edir.

Aygün və Rihad Ələkbərovlar qeyd edirlər ki, onlar üçün təkcə İsveç cəmiyyətinin inkişafına töhfə vermək deyil, həm də Azərbaycan kökləri ilə əlaqəni qoruyub saxlamaq vacibdir. Onlar öz mənşələri ilə fəxr etdiklərini və zəruri hallarda Azərbaycan haqqında məlumat çatdırmaq və tarixi vətənləri ilə bağlı mövqeləri təmsil etmək üçün ictimai və siyasi fəaliyyətlərdən istifadə etmək niyyətində olduqlarını vurğulayırlar.

AZƏRTAC daha əvvəl İsveçin Sosial-Demokrat Fəhlə Partiyasını, Mərkəz Partiyasını və Yaşıllar Partiyasını təmsil edən digər azərbaycanəsilli namizədlərin də qarşıdakı seçkilərdə iştirak edəcəyini xəbər vermişdi.

Xatırladaq ki, sentyabrın 13-də İsveçdə ümumi seçkilər keçiriləcək. Seçkilər zamanı Riksdaqın 349 deputatı, habelə 21 regional və 290 bələdiyyə şurasının üzvləri seçiləcək.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2026 02:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri