Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az AZƏRTAC-a istinadən xəbər verir ki, Logistika üzrə İdarə Heyəti regionun səhiyyə sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsində mühüm strateji rol oynayan siyasi idarəetmə orqanıdır. Qurum xəstəxanaların və digər səhiyyə müəssisələrinin tibbi ləvazimatlar və zəruri məhsullarla vaxtında təmin edilməsinə, eləcə də anbar, daşınma və çatdırılma sistemlərinin fəaliyyətinə siyasi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə heyətinin vəzifələrinə böhran və müharibə şəraitində səhiyyə müəssisələrinin fasiləsiz təchizatının təmin edilməsinə hazırlığın gücləndirilməsi, ayrılmış büdcə vəsaitindən səmərəli istifadə olunması və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət də daxildir. Həmçinin təchizat proseslərində ekoloji dayanıqlılığın təmin edilməsinə və resurslardan qənaətlə istifadəyə xüsusi diqqət yetirilir. İdarə heyətinin siyasi nəzarəti altında fəaliyyət göstərən təchizat idarəsində təxminən 1500 əməkdaş çalışır.
Qeyd edək ki, İsveçin Partille şəhərinin Bələdiyyə Şurası həmyerlimiz Turan Əliyevi Mədəniyyət və Asudə Vaxt Komitəsinin sədrinin birinci müavini seçib. O, 2027-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq və 2030-cu ilin sonunadək bu vəzifədə çalışacaq. T.Əliyev, həmçinin Partille Bələdiyyə Şurasının deputatıdır və İsveçin Mərkəz Partiyasını təmsil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 25 Noyabr 2026 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















