Icma.az
close
up
RU
İsveçdə “Xristian Demokratlar” hicab və niqabı qadağan etməyi təklif edirlər

İsveçdə “Xristian Demokratlar” hicab və niqabı qadağan etməyi təklif edirlər

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Stokholm, 14 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin hakim koalisiyasına daxil olan “Xristian Demokratlar” partiyası ictimai yerlərdə hicab və niqab geyinməyin qadağan edilməsini təklif edib.

AZƏRTAC xəbər verir ki, bu məsələ 14-16 noyabr tarixlərində Linçöpinqdə keçiriləcək qarşıdan gələn partiya qurultayında əsas mövzulardan biri olacaq.

Partiyanın İdarə Heyətinin üzvü və səhiyyə naziri Elizabet Lannın sözlərinə görə, təşəbbüs sosial birliyi gücləndirmək və “namus” mədəniyyətinə qarşı mübarizə aparmaq məqsədi daşıyır.

“Biz artıq qadınların cəmiyyətdə özlərini görünməz hala salmasını qəbul edə bilmərik. Biz ölkədə artan “namus” mədəniyyəti və qadınlara qarşı zülm etmə məsələsinin öhdəsindən gələ bilmirik. Bu, dağıdıcı təsir göstərir! Buna görə də tədbir görmək lazımdır”, - deyə E.Lann bildirib.

Partiya öz proqramında cəmiyyətin dindarları ayrı-seçkilikdən qorumalı olduğunu vurğulayır, lakin E.Lann üzün örtülməsinin dini zərurət olmadığında israr edir: “Biz bunu din azadlığına məhdudiyyət kimi görmürük, bu, daha çox, ifadə azadlığına məhdudiyyətdir”.

“Xristian Demokratlar” əvvəllər dini azadlığa və müsəlman qadınlarının təcrid olunması riskinə istinad edərək qadağaya qarşı çıxmışdı.

Londondakı Aqa Xan Universitetinin islamşünaslıq üzrə professoru Yonas Otterbek partiyanın mövqeyini tənqid edərək bildirib ki, bu cür təşəbbüslər müsəlmanlara qarşı inamsızlığı artırır və din haqqında söhbəti “patriarxal zülm” mövzusuna gətirir, bu da qadınların din hüquqlarını həyata keçirən fərdlər kimi deyil, qurban kimi görünməsinə səbəb olur.

“Bir çox müsəlman dini dəyərlərinin daim şübhə altına salındığını hiss edir. Onlar niqabın geyildiyini dəstəklədikləri üçün deyil, bu cür mövzuların dəfələrlə gündəmə gəlməsi səbəbindən şübhəli münasibət hiss edirlər”, - deyə o bildirir.

Partiya lideri Ebba Buş bu ideyanı dəstəkləyir və bildirir ki, İsveçdə radikal İslam formaları möhkəmlənir və cəmiyyət daha qətiyyətli hərəkət etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri