Icma.az
close
up
RU
Almaniyanın müxtəlif şəhərlərində on minlərlə insan Xristian Demokratlar İttifaqına qarşı etiraz aksiyaları keçirib

Almaniyanın müxtəlif şəhərlərində on minlərlə insan Xristian Demokratlar İttifaqına qarşı etiraz aksiyaları keçirib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berlin, 31 yanvar, AZƏRTAC

Almaniyada Xristian Demokratlar İttifaqının (CDU) hazırladığı, ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) dəstəyi ilə qəbul edilməsi ölkədə seçkiqabağı siyasi mühitin daha da gərginləşməsinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, Almaniyanın müxtəlif şəhərlərində, o cümlədən Berlin, Münxen, Frayburq, Hannover, Drezden, Mayntsda on minlərlə insan meydan və küçələrə axışaraq Xristian Demokratlar İttifaqı/Xristian Sosialist İttifaqının (CDU/CSU) təklifinin AfD-nin dəstəyi ilə qəbul olunmasına sərt etirazlarını bildiriblər. Etirazlar CDU və CSU-nun əsas və əyalət təşkilatlarının qərargahlarının qarşısında təşkil olunub. Bir sıra hallarda etirazçılar bu partiyalara aid binalara daxil ola biliblər. Aksiyalarda demokratik partiyaların AfD ilə əməkdaşlığının demokratiya üçün açıq təhlükə və təhdid olduğu qeyd olunub, partiyaların sonuncu səsvermədəki mövqelərinin ciddi narahatlıq doğurduğu vurğulanıb. Etirazçılar bu aksiyaların növbəti günlərdə də davam etdiriləcəyini bildiriblər.

Səsverməyə qarşı CDU daxilində də etirazlar baş qaldırıb. Partiyanın üzvü, tanınmış publisist Mişel Fridman CDU sıralarından istefa verdiyini açıqlayıb. 2005-2021-ci illərdə Almaniyanın Kansleri, 2000-2018-ci illərdə isə CDU-nun lideri olmuş Angela Merkel partiyanın hazırkı rəhbəri və Birliyin Kansler vəzifəsinə namizədi Fridrix Mertsin hazırladığı təklifin AfD-nin dəstəyi ilə parlamentdə qəbul olunmasını tənqid edib. O, Bundestaqdakı səsvermədə ilk dəfə AfD-nin səsləri ilə üstünlüyün təmin edilməsinin doğru olmadığını bildirib.

Xatırladaq ki, əsas müxalifət partiyası olan Birlik partiyalarının hazırladığı və Almaniyadakı miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan beş maddəlik qətnamə yanvarın 29-da parlamentdəki səsvermədə AfD-nin də dəstəyi ilə 345 səsə qarşı 348 səslə qəbul edilmişdi. Səsvermə zamanı 10 deputat bitərəf qalmış, 30 nəfər isə ümumiyyətlə səsvermədə iştirak etməmişdi. Parlamentdə 196 yerə sahib olan CDU/CSU-nun bu təklifinin lehinə koalision hökumətin sabiq üzvü Azad Demokrat Partiyası (FDP) də səs vermişdi. AfD səsvermədən əvvəl qətnamənin lehinə səs verəcəyini bəyan etmişdi. Fridrix Mertsin isə əvvəllər dəfələrlə verdiyi açıqlamaların əksinə, AfD ilə əməkdaşlıqdan imtina etməməsi ciddi müzakirələrə yol açmışdı.

Almaniyanın Kansleri Olaf Şolts məhz bu baxımdan Birliyin AfD-nin onun təklifi ilə razılaşacağını “şüurlu və hesablanmış şəkildə qəbul etdiyini” vurğulayıb. Kansler CDU/CSU-nun Kansler vəzifəsinə namizədi Fridrix Mertsin əvvəllər dəfələrlə bunu etməyəcəyini açıqladığını xatırladaraq bildirib: “Buna görə də düşünürəm ki, mən artıq ona etibar edə bilməyəcəyəm, hansı ki bir həftə əvvələ qədər bunu edirdim”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 05:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri