Icma.az
close
up
RU
İsveçdə yeniyetmə qızlar arasında özünə xəsarət yetirmə halları artır

İsveçdə yeniyetmə qızlar arasında özünə xəsarət yetirmə halları artır

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

İsveçdə 12–15 yaşlı qızlar arasında özlərinə xəsarət yetirərək tibbi yardıma ehtiyac duyanların sayı kəskin artıb.

AZƏRTAC xəbər verir ki, İsveçin Milli Səhiyyə və Sosial Təminat Şurasının məlumatına əsasən, 2015-ci ildən bəri bu cür halların sayı iki dəfə çoxalıb. Özünə xəsarət yetirmə tez-tez güclü emosiyaların – narahatlıq, utanc və kədərin öhdəsindən gəlmək üsulu kimi istifadə olunur.

Psixoloqlar bildirirlər ki, yeniyetməlik dövrü beynin intensiv inkişaf mərhələsidir və bu zaman emosiyalara nəzarət xüsusilə çətin olur. Tədqiqatlar göstərir ki, yeniyetmə qızların təxminən 20 faizi azı bir dəfə intihar niyyəti olmadan özünə xəsarət yetirməyə əl atıb.

Özünə xəsarət yetirmə davranışının artması gənclərin psixi sağlamlığının pisləşməsi, sosial şəbəkələrin təzyiqinin güclənməsi və pandemiyanın nəticələri ilə əlaqələndirilir. Eyni zamanda mütəxəssislər rifah halının əsas amilləri olan yuxu, qidalanma və fiziki fəallığın əhəmiyyətini vurğulayırlar.

Ekspertlər və ictimai təşkilatlar dəstək sistemində çatışmazlıqların olduğunu qeyd edirlər. Bu dövrdə intihar riskinin artmasına baxmayaraq, xəstəxanadan buraxıldıqdan sonra yalnız az sayda pasiyent vaxtında nəzarət altına alınır. Mütəxəssislər vurğulayırlar ki, açıq dialoq, böyüklərin dəstəyi və peşəkar yardıma çıxış yeniyetmələr arasında özünə xəsarət yetirmənin qarşısının alınmasında əsas rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Fevral 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri