“İsveçlilər “Qarabağ”a qalib gəlməyə qadirdi” bukmeker rəyi
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın məşhur “liveresult.ru” saytı Avropa Liqası çərçivəsində keçiriləcək “Elfsborq” – “Qarabağ” matçı haqda proqnozunu açıqlayıb.
“Football-plus.az” xəbər verir ki, bukmeker Vitali Balaşov İsveçdə keçiriləcək qarşılaşmada meydan sahiblərinin qalib gələcəyini deyib:
“Əslində komandaların şanslarını bərabər qiymətləndirmək olar. Ona görə ki, həm “Elfsborq”, həm də “Qarabağ” turnirə arzuladığı kimi başlamayıb. Bu mənada Azərbaycan komandasının şansı daha azdı. Komanda evdə keçirdiyi matçda son illərin ən zəif “Lion”una 1:4 hesabıyla uduzdu. Onlar yeganə qolu 88-ci dəqiqədə vurdu ki, vəziyyəti dəyişmək üçün artıq gec idi. “Qarabağ”ın “Elfsborq”la matçında azı üç qol vurulacaq. Amma qarşılaşmanın meydan sahiblərinin qələbəsiylə başa çatacağı gözlənilir. İsveçlilər “Qarabağ”a qalib gəlməyə qadirdi”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 12 Dekabr 2024 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















