“Qarabağ” “Ayaks”a qalib gəlməyə də bilər eyforiyaya qapılmayaq, dostlar!
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Çempionlar Liqasında cari mövsümün kəşflərindən olan “Qarabağ” bu gün turnirin ən zəif bəndi “Ayaks”ı qəbul edəcək.
Əlbəttə, hər kəs bu matçda “Qarabağ”dan 3 xal gözləyir. Amma eyforiyaya qapılmaq lazım deyil. Ötən mövsüm də Avropa Liqasında bu komandaya qarşı elə Bakıda oynamışdıq və bəxtsizlik səbəbindən məğlub olmuşduq. Bu mövsüm “Qarabağ” ötən mövsümlə müqayisədə nə qədər güclüdüsə, Amsterdam təmsilçisi də o qədər zəifdi.
Rəqibin 6 futbolçusu zədə və cəza səbəbindən bu oyunu buraxacaq. Amma bu o demək deyil ki, “Qarabağ” rahatlıqla qələbə qazanacaq. Bu mövsüm “Qarabağ”ın ÇL-də məğlub olduğu “Atletik” də, “Napoli” də qeyri-sabit olub, lakin son çempionat oyunlarında qələbə qazanıb və “Qarabağ”ı məğlub edib. “Ayaks” da 3 ardıcıl məğlubiyyətdən sonra son iki matçda qələbə qazanıb, özü də iki top fərqi ilə. Hazırda çempionatında lider PSV-dən 14 xal geri olan, 4-cü pillədə qərarlaşan amsterdamlıların əhval-ruhiyyəsi yerindədi və Bakıya qələbə üçün gəlirlər.
Düzdü, “Qarabağ” bizi böyük uğurlara öyrəşdirib, amma eyforiyaya qapılmayaq. Ümid edək ki,Qurban Qurbanov və komandası bu oyunda da Bakını silkələyə biləcək. Uğurlar, “köhlən atlar”!
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 10 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















