İsveçrə də Ukraynaya sülhməramlılar göndərməyə hazırdır
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Belə bir tələb olunarsa və hökumət razılaşarsa, İsveçrə Ukraynada gələcək sülhməramlı missiya üçün qoşun təqdim etməyə hazırdır. Reuters xəbər verir ki, bunu İsveçrə silahlı qüvvələrinin komandanı Tomas Suesli bildirib.
"Biz yəqin ki, 9-12 ay ərzində 200-ə yaxın əsgəri göndərə bilərik",- Suessli deyib.
O qeyd edib ki, sülhməramlıların göndərilməsi ilə bağlı müzakirələr hələlik sırf hipotetikdir, çünki Rusiya ilə Ukrayna arasında vəziyyətin necə inkişaf edəcəyi bəlli deyil.
Tomas Sueslinin sözlərinə görə, “hələlik sülh yoxdur və Birləşmiş Millətlər Təşkilatından heç bir tələb olmayıb.
Neytral İsveçrə bütün dünyada bir neçə sülhməramlı missiyada iştirak edir, onların ən böyüyü Kosovodadır və burada öz əsgərləri NATO-nun Kosovo Qüvvələrinə (KFOR) dəstək üçün yerləşdirilib.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 23 Fevral 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















