Icma.az
close
up
RU
26 ölkə Ukraynaya sülhməramlılar göndərməyə razılıq verib Makron

26 ölkə Ukraynaya sülhməramlılar göndərməyə razılıq verib Makron

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

35 ölkə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə razılaşıb.

Bizimyol.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “İstəklilər Koalisiyası”nın görüşlərinin yekunu üzrə jurnalistlərlə söhbəti zamanı deyib.

“Bizim zəmanətlərə yanaşmamız belədir: birincisi, Ukrayna ordusunun formatı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Qüvvələrin və ya imkanların ölçüsündə heç bir məhdudiyyət yoxdur. Biz həm də Ukraynaya Ukrayna ordusunu bərpa etmək üçün imkanlar vermək istəyirik. Belə ki, o, hər hansı bir potensial təcavüzün qarşısını strateji olaraq ala bilsin. Məhz buna görə bütün ölkələrdən kömək topladıq”, - deyə Makron bildirib.

O əlavə edib ki, ikinci element Ukraynada təhlükəsizliyi təmin edəcək çəkindirici qüvvələrdir. “Bu gün 26 ölkə rəsmi olaraq Ukraynaya ya kontingent qoşun göndərmək, ya da bu koalisiyaya dəstək vermək, Ukraynanın dənizdə və ya səmada təhlükəsizliyini təmin etmək üçün müəyyən vəsait ayırmaq barədə öhdəlik götürüb. Bu qüvvələr Rusiyaya qarşı müharibə aparmaq üçün deyil, sülhü təmin etmək üçündür. Həm də döyüşlərin yenidən başlamasının qarşısını almaq üçün strateji siqnal göndərməkdir”, - deyə Makron əlavə edib.

Fransa prezidenti həmçinin bildirib ki, gələcəkdə ABŞ və Rusiya arasında təmaslar baş tutacaq. “Və “İstəklilər Koalisiyası” ölkələri siqnal verdilər ki, bu təmaslar məhsuldar olmalıdır.  Biz açıq şəkildə siqnal veririk ki, bütün siqnallar iki həftə əvvəl razılaşdırılmış reallığa çevrilməlidir. Ki, iki prezidentin görüşü olmalıdır, sonra üçtərəfli görüş və dördtərəfli görüş olmalıdır. Əgər Rusiya konkret sülh danışıqlarından imtina edərsə. O zaman Rusiyanın imtinasına aydın cavab veriləcək. Biz həmişə onun tərəfində olmuşuq”, - deyə Makron qeyd edib.

Jurnalistlərin müttəfiqlərin Ukraynaya göndərə biləcəyi əsgərlərin sayı ilə bağlı sualına Makron cavab verib ki, bu detalları bölüşməyə hazır deyil.

“Hətta bütün məlumatları öz aramızda paylaşmamışıq. Müdafiə nazirlərimiz, Baş Qərargah rəisləri çox gizli bir çərçivədə işləyirlər. Bu, bizim müdafiə xəttimizdir, təşkilatımızın təfərrüatlarını Rusiyaya açıqlamayacağıq. Putindən soruşun ki, Ukrayna sərhədlərinə nə qədər əsgər toplayıb. Bu məlumatı ruslara verməyəcəyik. Amma bizim Baş Qərargah rəislərimizdə bu məlumat var”, - deyə o əlavə edib.

Bir gün əvvəl BBC  bildirib ki, Böyük Britaniya və onun müttəfiqləri həm müharibəni dayandırmaq, həm də gələcək sülh sazişini təmin etmək üçün danışıqlara qədər Ukraynanı dəstəkləməyə hazırdırlar. Qeyd olunur ki, təklif olunan saziş Ukrayna ordusunun təlimlərinin davam etdirilməsini və hərbi yardımı nəzərdə tutur.

Eyni zamanda, “The New York Times” yazır ki, Ukrayna müttəfiqlərinin təhlükəsizlik zəmanətləri ilə kifayətlənmir, ona görə də əsas diqqəti Avropa tərəfindən maliyyələşdiriləcək çox milyardlıq silah istehsalı proqramına yönəldir. Qeyd edilir ki, bu, Moskvanı təkrar hücumdan çəkindirməyə kömək edəcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Sentyabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri