İsveçrə MN: Ölkənin “hərbi Şengen”də iştirakı onun neytrallığına zidd deyil
Icma.az bildirir, Sherg.az portalına istinadən.
İsveçrənin bütün Avropa ərazisində qoşunların sərhədlərdə gecikmə olmadan sürətlə yerləşdirilməsinə yönəlmiş “hərbi Şengen” proqramında iştirakı ölkənin neytrallığına zidd deyil.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Mirey Fleri bildirib.
“Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə məsələləri üzrə Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (PESCO) çərçivəsində hərbi mobillik üzrə konkret əməkdaşlıq İsveçrənin neytrallıq öhdəliyinə uyğun olaraq həyata keçirilir. Bu, heç bir öhdəlik və ya çeviklik tələb etmir. İsveçrə neytrallıq öhdəliyini nəzərə alaraq gələcəkdə hər bir tranzit müraciətinə fərdi qaydada baxmağa davam edəcək”, - o deyib.
Xatırladaq ki, yanvarın 13-də Avropa İttifaqı İsveçrənin “hərbi Şengen” proqramına dəvətini rəsmən təsdiqləyib. Ötən il avqustun 21-də konfederasiya hökuməti Bernin bu proqramda, eləcə də PESCO çərçivəsində kibertəhlükəsizlik sahəsində Aİ ölkələrinin əməkdaşlığının gücləndirilməsi üzrə layihədə iştirakı barədə qərar qəbul edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Yanvar 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















